ABŞ Rusiyanın “qırmızı xətlər”lə bağlı xəbərdarlıqlarına cavab verdi

33

ABŞ səlahiyyətliləri Rusiyanın “qırmızı xətlər”lə bağlı xəbərdarlıqlarını ciddi qəbul etdiklərini bildirir.
Elchi.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın ABŞ-ın keçməməli olduğu “qırmızı xətlər”lə bağlı xəbərdarlıqlarını şərh edib.
Brifinqdə amerikalı məmur vurğulayıb ki, Vaşinqton Moskvanın bu cür bəyanatlarını ciddi qəbul edir, lakin Kiyevə tankların verilməsi qərarını məqbul sərhədləri keçmək kimi qiymətləndirmir.
“Biz onların dediklərini yüngül qəbul etmirik,” Kirbi deyir: “Tanklar Ukraynaya öz suverenliyini qorumaq üçün açıq şəkildə effektiv mübarizə aparmağa kömək etməlidir”.
Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski demişdi ki, Ukraynadakı münaqişədə ən “qırmızı xətlər” Qərb ölkələri tərəfindən hələ keçməyib.

Şayəstə