Agentlik bildirib ki, buraxılış bu yay planlaşdırılıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Ştatlar bu yay Rusiya və Çin kosmik gəmilərini izləyəcək peyklər bürcünü buraxmağı planlaşdırır, bu barədə Bloomberg məlumat yayıb.
ABŞ Kosmik Qüvvələri bu yay orbitdə hərəkət edən obyektləri sıradan çıxara və ya zədələyə biləcək Çin və ya Rusiya kosmik gəmilərini izləmək üçün peyklər dəstəsini buraxmaq niyyətindədir.
Proqramın Silent Barker adlandığı dəqiqləşdirilir. Bürc Yerin aşağı orbitində yerləşən yer sensorları və peykləri tamamlayacaq, o, Yerdən təxminən 35,4 min kilometr məsafədə yerləşəcək.
Peyklərin buraxılışının iyul ayından sonra Atlas V daşıyıcı raketdən istifadə edilməklə həyata keçiriləcəyi gözlənilir.
Şayəstə Hüseynova