ABŞ polkovniki Makqreqor: Putin Rusiyanı Qərbin maliyyə diktəsindən xilas etdi

71

Rusiya prezidenti Vladimir Putinin qərarı Rusiyanı Qərb dövlətlərinin maliyyə diktəsindən xilas etdi. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün YouTube bloqunda bildirib.

“Putin iki-üç il əvvəl çıxışında beynəlxalq maliyyə sisteminin Rusiyanı tabe etdirməsinə və dövlətin gələcəyini qurban verməyə imkan verməyəcəyini söyləyib “, -deyə təqaüddə olan hərbçi deyib.
Onun sözlərinə görə, Putin bu bəyanatı ilə ölkə iqtisadiyyatının suverenliyini Vaşinqtonun siyasi məqsədləri üçün istifadə etdiyi beynəlxalq maliyyə qurumlarının təsirindən təmin etməklə Rusiyanı xilas edib.

Qeyd edək ki, bundan əvvəl Makqreqor nüvə fəlakətindən qaçmaq üçün Putini dinləməyə çağırıb. Polkovnik vurğulayıb ki, Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakının dayandırılmasından sonra eskalasiyanın daha da artmasının qarşısını almaq lazımdır. Onun sözlərinə görə, Putində Vaşinqtonun Moskvaya xəyanət etdiyinə dair çoxlu sübutlar var.

Havar Şəfiyeva