Rusiyanın Aİ-daki daimi nümayəndəsi Kirill Loqvinovun sözlərinə görə, Rusiya şirkətləri və bankları Aİ ölkələrinin yeni məhdudiyyətlərinə hazırlaşıblar, buna görə də onların təsiri məhdud olacaq. Elchi.az bu barədə RİA Novostiyə istinadən yazır.
“Təchizat zəncirləri rəsmi məhdudiyyətlərin tətbiqindən xeyli əvvəl kəsilib, yəni indi bu məhdudiyyətlər status-kvonu möhkəmləndirib”, – diplomat vurğulayıb. O, həmçinin üçüncü ölkələrə qarşı sanksiyaları təzyiq adlandırıb, lakin hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
O, həmçinin əlavə edib ki, bir sıra malların Rusiya Federasiyası ərazisindən tranzitinə məhdudiyyətlər Avropa İttifaqına zərbə vuracaq, o, çatdırılma üçün başqa yollar axtarmalı olacaq, bu da üçüncü ölkələrə təzyiqdir.
Havar Şəfiyeva