ABŞ nüvə müharibəsindən qaçmaq üçün Putini dinləməyə çağırıb

92

Amerikalı polkovnik Makqreqor nüvə müharibəsindən qaçmaq üçün Putini dinləməyə çağırıb.
Elchi.az xəbər verir ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırdığını elan etdikdən sonra onu dinləməlidir. Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Judging Freedom YouTube kanalında deyib.
Onun sözlərinə görə, Rusiya liderinin Vaşinqtonun Moskvaya xəyanət etdiyini düşünmək üçün kifayət qədər əsası var və bunu faktlar da təsdiqləyir. Ağ Ev nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün START-ı bərpa etmək üçün hər cür səy göstərməlidir.
“ABŞ və Rusiyanın birlikdə planeti məhv etmək üçün kifayət qədər gücü var”, – deyən Makqreqor, “Buna heç bir şübhə yoxdur”.

Şayəstə