Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra dövlətlərlə Sazişlərin təadiq edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova müraciət edib: “Öncə deputat həmkarlarımı ABŞ-yə uğurlu səfər münasibətilə təbrik edirəm. Qanun layihəsinə səs verəcəyəm, amma Səməd müəllimdən bir məsələ ilə bağlı münasibət bildirməsini istərdim. Bu da ondan ibarətdir ki, mətbuatdan oxuduğumuza görə, ABŞ Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Səməd müəllimin bu barədə məlumatı varmı? Əgər varsa, görüşlər zamanı bu məsələ də müzakirə olundumu?”.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü
Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...





















