Pakistan ordusu Xayber Paxtunxva əyalətində keçirilən əməliyyatda Hindistan tərəfindən dəstəklənən ümumilikdə 22 yaraqlının öldürüldüyünü bildirib.
Elchi.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) əməliyyatın kəşfiyyat məlumatlarına əsasən əyalətin Bannu rayonunda keçirildiyini bildirən açıqlama yayıb.
Bəyanatda qeyd olunub ki, gərgin döyüşlərdən sonra Hindistan tərəfindən dəstəklənən 22 yaraqlı zərərsizləşdirilib.
Pakistan ordusu əvvəllər 10 noyabrda Hindistan tərəfindən dəstəklənən 20 yaraqlının, 20 noyabrda 30 yaraqlının və 21 noyabrda 13 yaraqlının ölümünü açıqlamışdı.
22 noyabrda Bannu rayonunda keçirilən əməliyyatda səkkiz yaraqlının zərərsizləşdirildiyi açıqlanıb.
Şayəstə





















