Nyu York Federal Məhkəməsi İran əsilli Amerika vətəndaşı Niləfər Bahadurifərin 4 il həbsi barədə qərar çıxarıb.
Elchi.az xəbər verir ki, o, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, həmçinin, bu ölkədə yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı etməkdə ittiham olunub.
Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir. O, hazırda İran hökumətinə qarşı yaranan alternativ müxalif koalisiyanın 6 üzvündən biridir.
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib
"Google"un sahibi olan ABŞ-nin "Alphabet" texnologiya şirkətinin bazar kapitallaşması bir sutka ərzində 477 milyard dollar azalıb, bu da onun tarixindəki...





















Son şərhlər