Nyu York Federal Məhkəməsi İran əsilli Amerika vətəndaşı Niləfər Bahadurifərin 4 il həbsi barədə qərar çıxarıb.
Elchi.az xəbər verir ki, o, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, həmçinin, bu ölkədə yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı etməkdə ittiham olunub.
Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir. O, hazırda İran hökumətinə qarşı yaranan alternativ müxalif koalisiyanın 6 üzvündən biridir.
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi ölkə daxilindəki altı məntəqədə yarana biləcək təhlükələrlə bağlı xəbərdarlıq yayıb. Elchi.az xəbər verir ki,...





















Son şərhlər