"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Alman alim ermənipərəst jurnalistin iddialarını alt-üst etdi

08 Aprel 2023 - 14:24
in SİYASƏT
FacebookVatsap

İsveçrənin almandilli “Neue Züricher Zeitung” (NZZ) qəzeti bu il aprelin 4-də jurnalist Andreas Rüşün (Andreas Rüesch) “Qafqazda güc oyunu: Ermənistan hərbi hücuma məruz qalacağından qorxur” adlı məqaləsini nəşr edib.

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

Elchi.az Report-a istinadən xəbər verir ki, NZZ kimi aparıcı mətbu nəşrdə “tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Dr. Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz məktubu göndərib.
Nəşrin internet səhifəsində yerləşdirilən məktubda M.Hess uzun illər apardığı mətbuat təhlillər əsasında yazır ki, “Cənubi Qafqazda vəziyyətin “keyfiyyətli mətbuat orqanları” tərəfindən Ermənistanın mənafeyi naminə birtərəfli və tam şəkildə təhrif edilməsi davam etməkdədir”.
İsveçrəli jurnalist A.Rüş məqaləsində Ukrayna müharibəsinin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətin ermənilərin əleyhinə dəyişməsinə gətirib çıxardığını iddia edir: “Özünün səbəbkarı olduğu müharibəyə başı qarışan Rusiya əvvəlki kimi Ermənistan üçün ənənəvi hərbi patronaj rolunu oynaya bilmir. Alternativ enerji tədarükü axtarışında olan Qərb dövlətlərinə kasıb və Rusiyadan asılı olan Ermənistan heç nə təklif edə bilmir. Bununla belə, iqtisadi və hərbi vasitələri tükənən Ermənistan indi diqqətini diplomatik siyasi manevrlərə yönəldərək öz mövqeyini beynəlxalq, xüsusilə Qərb mətbuatı vasitəsilə yeritməyə çalışır. Burada ermənilərin köməyinə Qərb mətbuatında, mədəniyyət və siyasi dairələində kök salmış ermənipərəst baxışların dominantlığı da çatır”.
A.Rüş yazısında “Qarabağdakı erməni separatçılara haqq qazandırsa da”, onların yaşadığı məkanı haqlı olaraq “qondarma erməni dövləti Naqorniy Karabax” kimi göstərməklə balanslı mövqe ortaya qoyur. O, məqaləsində ermənilər haqqında dolaşan çoxsaylı rəvayətlərə geniş yer verir. Qurban obrazında verilən ermənilərin cinayətkar olması barədə, Azərbaycanın məruz qaldığı əsl faciə barədə heç bir fikir belə dilə gətirilmir. “Digər tipik bir rəvayət isə ermənilərlə bağlı onların xristian tarixi xəritəsinin yenidən oyuna gətirilməsidir”. Harada 9-cu əsrə aid bir xristian məbədi varsa, dərhal həmin yerlərin ermənilərə aid olması iddia edilir, amma bu ərazilərdə 7-ci əsrdən bəri müsəlman abidələrinin olması heç xatırlanmır.
A.Rüşün məqaləsindəki “sualdoğurucu tezislərdən” biri də budur ki, Azərbaycan əraziləri geri işğal etməklə kifayətlənmir, Ermənistan Respublikasının ərazisini də işğal etmək niyyətindədir.” Müəllif Azərbaycan dövlətinin ərazisinin beşdə birinin Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilməsindən isə bir kəlmə belə söz açmır.
Jurnalistin “Azərbaycanın Ermənistana münasibətdə fərziyyə hesab olunan bu davranışı ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1991-2000-ci illərdə işğal altında saxlanılmasına fərqli meyarlarla yanaşması” məqalənin qərəzli olmasını bir daha təsdiqləyir.
Bununla belə, A.Rüş bugünkü Ermənistan ərazilərinin müəyyən hissələrinin əvvəllər türklərə, daha doğrusu, azərbaycanlılara məxsusluğu barədə Azərbaycan tərəfinin tarixi arqumentlərini verməklə həmin ərazilərin Qərbi Azərbaycana məxsusluğunu və qədim türk adlarının olmasını etiraf etmiş olur.
Dr. Hess vurğulayır ki, “NZZ kimi səviyyəli bir qəzet Azərbaycanın ritorik söz güllələri ilə ermənilərin gerçək niyyətlər və əməllər arasında daha dəqiq fərq qoymağı bacarmalıdır. Ermənistanın cənub ərazilərinin Zəngəzur adlandırılması və A.Rüşün məqaləsində də bunun öz əksini tapması göstərir ki, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində də, tarixi həqiqət ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Cənubi Ermənistan mövcud olub. Bu ərazilər ruslar tərəfindən işğal edilənədək türklərin, daha doğrusu, azərbaycanlılarn idarəsində olub.“
A.Rüş “Cənubi Qafqazın tarixi ilə bağlı öz yozumunu əsaslandırmaq üçün müasir hadisələrə isnad etməyə cəhd göstərir və indi aktual olan Putin ritorikasını” misal gətirir: “Putin Ukraynanın mövcudluğunu əvvəlcə sözlə sual altına qoyurdu, sonra hərbi yolla ona son qoymağa cəhd etdi”. Dr. Hess etiraz məktubunda cavab verir ki, “tarixi tam təhrif etməklə bu iddianı Azərbaycanın üzərinə qoymaq kimi birtərəfli yanaşma nümayiş etdirən müəllif məhz Ermənistanın və onun diasporunun ötən əsrin 80-90-cı illərində Qarabağın müəyyən hissəsinin Azərbaycana beynəlxalq hüquqi cəhətdən məxsusluğunu şübhə altına almaqla məhz Putin ritorikasından istifadə etmələrini dilə gətirməyib. A.Rüşün Azərbaycan və Rusiya prezidentləri arasında qəribə müqayisəsi həm də ona görə yersiz səslənir ki, ermənilər həmişə rusların, sonralar sovet imperiyasının dəstəyi sayəsində öz separatçılıq fəaliyyətlərini Azərbaycanda genişləndirə bilmişlər”.
A.Rüş həyəcanla sual verir ki, “Azərbaycanın öz məqsədinə güc tətbiqi ilə nail ola bilməsinin qarşısını kim alacaqdır?” Dr. Hess cavabında deyir: amma Rüş bir dəfə də olsun xatırlatmır ki, ermənilərin onilliklər boyu qəddarlığı və zorakılığı nəticəsində çoxsaylı azərbaycanlı qurbanlarının olmasına baxmayaraq, heç kim Azərbaycanın köməyinə çatmamışdır. Məqsəd aydındır ki, A.Rüş tarixi faktları təhrif etməklə, Ermənistanın timsalında “yazıq” obrazı yaratmaq istəyib. A.Rüş Azərbaycan tərəfindən strateji yüksəkliklərin ələ keçirilməsi ilə bağlı öz izahını belə verir ki, “Azərbaycanın burada məqsədi əhalini terrora məruz qoymaqdır”. Bununla o, faktiki olaraq, Azərbaycanı terrorçuluqda günahlandırır.
“Amma 44 günlük müharibə dövründə döyüş zonasından kənar Azərbaycanın mülki obyektlərinin Ermənistan tərəfindən hədəfə alınması və çoxsaylı qurbanların olmasını, obyektivlik naminə belə, xatırlamır”, – Mixail Raynhard Hess vurğulayıb.
Dr. Hess etiraz məktubunun sonunda NZZ-in redaksiyasına bildirir ki, məqalə müəllifinin “türk” sözünü təhqiramiz damğalayıcı formada vurğulaması liberal və bütün tərəflərin hörmət bəsləməli olduğu müzakirəyə heç bir hörmət gətirmir.
Yeri gəlmişkən, Dr. Mixail Raynhard Hess bir müddət əvvəl məlum Sumqayıt hadisələrinin 35-ci il dönümü ilə bağlı da öz “Facebook” səhifəsində paylaşım etmiş, Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün həmin faciəvi hadisələrindən alət kimi istifadə etdiyini vurğulamışdı. Dr. Hess yazırdı ki, “ermənilərin saxta tarix konstruksiyasının nümunələrindən biri o iddianın üstündə köklənmişdir ki, “28 və 29 fevralda Sumqayıtda ermənilərin öldürülməsi onlara ərazi iddiası qaldırmaqdan başqa hər hansı seçim etməyə imkan verməmişdir. Belə ki, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası qaldırmaqla özlərini azərbaycanlıların təqibindən qurtarmışlar””. Dr.Hess paylaşımında ermənilərin və onları dəstəkləyənlərin Sumqayıt hadisələri ilə Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələr arasında oxşarlıq olduğu barədə iddialarına tutarlı cavablar vermişdir.
Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” (2016), “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022), “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin acılımı” (2020-2022) kitablarının müəllifidir.

Previous Post

Alman alim ermənipərəst jurnalistin iddialarını alt-üst etdi

Next Post

Prezident daha 6 fərman, 2 sərəncam imzaladı

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Next Post
İlham Əliyev sərəncam imzaladı

Prezident daha 6 fərman, 2 sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Prezident daha 6 fərman, 2 sərəncam imzaladı

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.