ABŞ Müdafiə Naziri Pete Hegseth, İranla davam edən prosesdə bütün variantların masada olduğunu bildirib və Tehran administrasiyasının razılığa gəlməli olduğunu əlavə edib.
Elchi.az xəbər verir ki, Koloradoya səfəri zamanı Hegseth jurnalistlərə İranla davam edən danışıqlar və hərbi müdaxilə ehtimalı barədə şərh verib.
Hegseth, İranın razılığa gəlməli olduğunu və Prezident Donald Trampın da buna üstünlük verdiyini qeyd edərək, razılaşma əldə edilmədiyi təqdirdə Trampa təqdim ediləcək variantların olduğunu əlavə edib.
Hərbi hücum ehtimalının gündəmdə olub-olmadığı soruşulduqda, Hegseth cavab verib: “Hər şey masadadır. Bu, Prezidentin qərarıdır. Biz burada razılaşmanın əldə olunmasını təmin etmək üçünyik. Düşünürəm ki, İranın yaxşı bir razılaşma əldə etməsi ağıllı olardı.”
ABŞ Prezidenti Tramp, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keynin “İranla müharibəyə qarşı” olduğu iddialarının tamamilə yalan olduğunu bildirmiş və “razılaşma əldə edilməsə, nəticənin İran üçün pis olacağını” xəbərdar etmişdi.
İran və ABŞ arasında danışıqlar
İran və ABŞ arasında 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana hücumlarından sonra dayandırılan nüvə danışıqları 6 fevralda Omanda yenidən başladı.
Danışıqların ikinci mərhələsi 18 fevralda İsveçrənin Cenevrə şəhərində keçirildi.
ABŞ və İran nümayəndə heyətlərinin 26 fevralda Cenevrədə yenidən görüşməsi gözlənilir.
Şayəstə





















