ABŞ 300 milyard dollarlıq İranın yenidən qurulması fondunda iştirak etməyəcək.
Elchi.az ABŞ-İran memorandumunun mətninə istinadən xəbər verir ki, layihə Fars körfəzi ölkələri tərəfindən maliyyələşdiriləcək.
Məlumata görə, Vaşinqton fondda birbaşa iştirakdan imtina edib, lakin hansı xarici şirkətlərin İranda lisenziya və icazələr sistemi vasitəsilə biznes aparacağına qərar verəcək.
300 milyard dollarlıq bir fond yaradılacaq və onun çərçivəsində İranın yenidən qurulmasına ABŞ deyil, İranın Fars körfəzindəki qonşuları investisiya qoyacaq.
Lakin ABŞ sanksiyalarının ləğvi yalnız tərəflər arasında yekun, daha sərt razılaşmanın imzalanmasından sonra mümkündür.
Beləliklə, İran iqtisadiyyatının bərpasının maliyyə yükü region dövlətlərinin üzərinə düşəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında anlaşma memorandumu imzaladığını açıqlamışdı.
Yeganə





















