ABŞ-ın Ukraynaya təqdim edəcəyi növbəti hərbi yardım paketinin həcmi 2,6 milyard dollar ola bilər.
Elchi.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi daha əvvəl CNN-ə bildirib ki, yeni hərbi yardım paketi bu həftənin sonunda elan edilə bilər. AP-nin qeyd etdiyi kimi, bura həmçinin 100-ə yaxın Amerika zirehli döyüş maşını və ən azı 50 piyada döyüş maşınının daxil olacağı gözlənilir.
Növbəti Amerika tədarükləri ilə bağlı açıqlama Qərb ölkələrinin yaratdığı qrupun görüşünün nəticələrinə əsasən veriləcək. Qrup Kiyevə hərbi yardımın göstərilməsini əlaqələndirir. Qrupun görüşü yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında baş tutacaq. Görüşdə ABŞ-ın müdafiə naziri Ostin Lloyd və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley iştirak edəcək.
Qeyd edək ki, Pentaqonun hesablamalarına görə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Vaşinqton Kiyevə 24,2 milyard dollardan çox hərbi yardım edib. Rusiya xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslər Qərb dövlətlərinin Ukraynaya verdiyi silahların digər regionlarda da peyda olması təhlükəsinə dəfələrlə diqqət çəkiblər. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xəbərdarlıq edib ki, Ukraynanın Qərb tərəfindən silahlandırılması birbaşa Avropa və qlobal təhlükəsizliyi təhdid edir.
Yeganə