Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri üçün keçirilən sorğunun nəticələrinə görə, prezident Co Bayden keçmiş prezident Donald Trampdan 5 xal geri qalır.
Elchi.az xəbər verir ki, New York Times/Siena Kolleci ilə birgə keçirilən sorğu Demokratlar Partiyası ilə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında son vəziyyəti üzə çıxarıb.
Milli sorğuda seçicilərin 43 faizi noyabrın 5-də Baydenə səs verəcəklərini bildirib, Trampı seçəcəklərini deyənlərin payı isə 48 faiz olub.
2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83 faizi noyabrda eyni namizədi ikinci dəfə dəstəkləyəcəklərini, həmin il Trampa səs verənlərin 97 faizi isə yenidən ona səs verəcəklərini bildirib.
Respondentlərin 47 faizi Baydenin “vəzifəsini yerinə yetirmə tərzini” qəti şəkildə bəyənmədiklərini və hər dörd iştirakçıdan biri ölkənin yanlış istiqamətdə getdiyini düşündüyünü bildirib.
Keçən il NYT və Sienna ilə ortaq şəkildə eyni suallarla keçirilən sorğuda Tramp qeydə alınmış seçicilərdə Baydenə 2 bal, Seçki Kollegiyasının nümayəndələrində isə Bayden 2 bal irəliləmişdi.
Fevralın 25-dən 28-dək ölkə daxilində keçirilən sorğuda hər iki partiyadan təsadüfi seçilmiş 980 qeydiyyatdan keçmiş seçicinin iştirak etdiyi bildirildi.
Nuranə Məmmədova