ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı amerikalılara kommersiya variantları mövcud olduğu halda, mümkün qədər tez ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Elchi.az bu barədə Nbc.com-a istinadən xəbər verir.
“Köçmək istəməyən ABŞ vətəndaşları fövqəladə vəziyyət planları hazırlamalıdırlar. Livanda təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşları bu böhran hesabatı formasından istifadə edərək Dövlət Departamenti ilə əlaqə saxlamalıdırlar”,-deyə xəbərdarlıqda qeyd olunub.
Bundan əvvəl, çərşənbə axşamı ABŞ Dövlət Departamenti Livana təhlükəsizliklə bağlı gözlənilməz vəziyyətə görə xəbərdarlıq etmişdi.
Yeganə