İranın Çexiyadakı səfiri Tehranın Praqadan yayımlanan “Radio Farda”nın ünvanına səsləndirdiyi hədələrə görə respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Petr Maşinkaya istinadən “ČTK” informasiya agentliyi məlumat verib.
Avqustun 26-da məlum olub ki, İran ölkə hüdudlarından kənarda yerləşən və fars dilində yayımlanan bir neçə media qurumunu, o cümlədən “Radio Farda”nı hərbi hədəflər siyahısına daxil edib. Radiostansiya qərargahı Praqada yerləşən Amerikanın “Radio Azad Avropa / Radio Azadlıq” media holdinqinin idarəçiliyi altında fəaliyyət göstərir.
Agentlik qeyd edib ki, Çexiya xüsusi xidmət orqanları və polisi “Radio Farda”ya yönəlmiş təhdidləri təhlil edir.
Məryəm





















