ABŞ öz hərbçilərinin bir hissəsini Almaniyadan çıxarmağa hazırlaşır: söhbət Filsekk şəhəri yaxınlığındakı bazada yerləşdirilən mexanikləşdirilmiş briqadadan gedir.
Elchi.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, sözügedən briqada “Stryker” zirehli maşınları ilə təchiz olunub. ABŞ-ın Almaniyada yerləşən təxminən 40 minlik hərbi kontingentindən 26 mini məhz Filsekk və onun yaxınlığındakı Qrafenvör qəsəbəsində dislokasiya olunub. Orada Birləşmiş Ştatların hüdudlarından kənarda yerləşən ən böyük Amerika poliqonu yerləşir.
Məryəm





















