ABŞ Dövlət katibi və eyni zamanda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Marko Rubio 6-8 may tarixlərində Roma və Vatikana səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott məlumat verib.
Onun yazılı bəyanatında qeyd olunur ki, Amerika diplomatiyasının rəhbəri “Yaxın Şərqdəki vəziyyəti və Qərb yarımkürəsindəki qarşılıqlı maraqları müzakirə etmək üçün Müqəddəs Taxt-tacın rəhbərliyi ilə görüşəcək”. “İtalyan həmkarları ilə görüşlər isə təhlükəsizlik sahəsindəki ümumi maraqlara və strateji baxışların üst-üstə düşməsinə yönələcək”, — deyə Piqott əlavə edib.
Məryəm





















