ABŞ Estoniyaya “HIMARS” yaylım atəşli reaktiv sistemləri (YARS) üçün təlim sursatları çatdıracaq.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin “ERR” teleradioşirkətinə müsahibəsində Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
Nazir qeyd edib:
“Təlim sursatları ilə bağlı məsələ həllini tapıb — ABŞ onların tədarükünə başlayır”.
Estoniya Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, Pentaqon ixrac parametrlərinə yenidən baxmağa hazırdır, lakin yekun qərar hələ qəbul edilməyib.
Məryəm





















