ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, – məlumatda qeyd olunub.
Karen Donfridin iyunun 15-i və 16-da Azərbaycanda olacağı və bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.
Dövlət katibinin köməkçisinin iyunun 17-də Gürcüstana 18-də isə Ermənistana səfər etməsi planlaşdırılıb.
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.





















Son şərhlər