Birləşmiş Ştatlar AGM-184 Birgə Zərbə Raketləri və müvafiq avadanlığın 236 milyon dollara potensial Xarici Hərbi Satışını (FMS) Belçikaya təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti öz saytında bildirib.
“ABŞ Dövlət Departamenti AGM-184 Birgə Zərbə Raketləri və müvafiq avadanlıqlar üçün Belçika Hökumətinə potensial Xarici Hərbi Satışını (FMS) təsdiqləməyi qərara alıb”, – məlumatda deyilir
Bu satışın ABŞ və Belçikanın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcəyi, Amerikanın F-35 qırıcılarının imkanlarını artıraraq, ABŞ-a cari və gələcək təhdidlərə qarşı durmağa imkan verəcək.
Qeyd edilir ki, Belçika hökuməti həmçinin ABŞ hökuməti və podratçılar üçün məxfi proqram təminatı, mühəndislik, texniki və logistik dəstək xidmətləri və bir sıra digər mühüm komponentlər tələb edib.
Yeganə





















