ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentindən olan dörd mənbə bildirib ki, Ağ Ev bütün ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, Amerikada nəşr olunan “Foreign Policy” jurnalı ABŞ ordusunun bütün qüvvələrini Suriyadan çıxarmağı planlaşdırdığını yazıb.
ABŞ Müdafiə və Dövlət Departamentindən olan 4 mənbəyə əsaslanan məqalədə hələlik yekun qərar verilməsə də, ABŞ-ın Suriyadan əsgərlərini tamamilə geri çəkməyi planlaşdırdığı bildirilir.
Bildirilib ki, Ağ Ev artıq lazımsız hesab etdiyi missiyanı davam etdirməyə sərmayə qoymağı planlaşdırmır.
Çıxarmanın nə vaxt və necə həyata keçirilə biləcəyi fəal müzakirə olunur.
Nuranə Məmmədova