Bildirilib ki, ABŞ-da etibarlı vizası olan 55 milyondan çox insan vizanın ləğvi və ya deportasiya ilə nəticələnə biləcək immiqrasiya qaydalarının pozulmasına görə yoxlanılır.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamenti vizalar verildikdən sonra ortaya çıxan potensial pozuntuya işarə edən hər hansı məlumatı nəzərə alaraq, viza sahiblərinin “davamlı yoxlamaya” məruz qaldığını açıqlayıb.
Qeyd olunub ki, 55 milyondan çox viza sahibinin immiqrasiya qaydalarını pozduqları aşkar edilərsə, vizaları ləğv oluna və deportasiya oluna bilər.
Bu pozuntulara “viza müddətini keçmək, cinayət törətmək, ictimai təhlükəsizliyi təhdid etmək, hər hansı terror fəaliyyəti ilə məşğul olmaq və ya terror təşkilatına dəstək vermək” daxildir.
Şayəstə Hüseynova


















