Hazırda ABŞ hərbi rəhbərliyi Baltikyanı ölkələr və Rumıniyada daimi hərbi mövcudluq yaratmağı planlaşdırmır və NATO müttəfiqlərini gücləndirməklə Rusiyanı cilovlamaqda davam etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin strategiya, planlaşdırma və potensial üzrə köməkçisi Mara Karlin bildirib.
“Düşünürəm ki, daimi hərbi mövcudluq sualına cavab haqqında danışmaq bir az tezdir. Açığı, cavab yəqin ki, yox olacaq. Vacib olan odur ki, biz Avropada təhlükəsizlik vəziyyətinin necə dəyişdiyini qəbul edək. Biz özümüzün və müttəfiqlərimizin gördükləri işləri nəzərdən keçirməyə davam edəcəyik”.
Karlin əlavə edib ki, Vaşinqton “Rusiyanın NATO ərazisinə təhdidinin davamlı qiymətləndirilməsini davam etdirir”.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Silahlara Nəzarət üzrə müavini Bonni Cenkins bildirmişdi ki, Vaşinqton Rusiya ilə Strateji Silahların Azaldılması Müqaviləsi üzrə danışıqların bərpasında, həmçinin strateji obyektlərdə qarşılıqlı yoxlamaların davam etdirilməsində son dərəcə maraqlıdır.
Havar Şəfiyeva