ABŞ gələn ay keçiriləcək ABŞ-Afrika Liderlər Sammitinə 4 ölkəni dəvət etməyib.
ABŞ Dövlət Departamentinin Afrika məsələləri üzrə dövlət katibinin köməkçisi Robert Skott dekabrın 13-də Vaşinqtonda keçiriləcək sammitlə bağlı onlayn mətbuat konfransında Mali, Burkina Faso, Sudan və Qvineyanın sammitə dəvət edilmədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Skott sammitə dəvət edilən 50 liderdən 45-nin iştirak edəcəyini təsdiqlədiyini bildirib.
İqtisadi forumun da keçiriləcəyi sammitdə siyasi məsələlərin qiymətləndirilməsi ilə yanaşı, ərzaq böhranı, iqlim dəyişikliyi, təhlükəsizlik məsələləri və Ukrayna-Rusiya müharibəsinin də müzakirə ediləcəyi gözlənilir.
ABŞ 2014-cü ildə keçirilən sammitə Eritreya, Sudan, Zimbabve və Mərkəzi Afrika Respublikasının liderlərini dəvət etməyib.
Şayəstə