“Təhlükəli “Ebola” virusunu ABŞ siyasi məqsədləri üçün yaradıb”
Elçin Bayramlı: “Çox qan axacaq, qurtuluş asan olmayacaq, lakin xilas yolu var, bəşəriyyət bunu etməyə məhkumdur”
“Ebola” insan və digər canlılarda xəstəlik formasında rast gəlinən yoluxucu virusdur. Ümumdünya Səhiyyə Təşkilatı virusu patogen olaraq 4 növə bölüb: “Sudan ebolası”, “Reston ebolası” və “Fildişi ebolası”. Təhlükəlidir. İshal, qanaxma, dəri çürüməsi və yüksək temperaturla müşahidə olunur. Yoluxucudur. Adı Afrikadakı çaydan götürülüb. ÜST 2013-cü ildə 887 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini bildirib. Qanada 358, Liviyada 255, Syerra-Leonda 273 və Nigeriyada 1 nəfər “Ebola” virusundan ölüb. Virusla bağlı ən dəhşətli iddia isə onun geosiyasi məqsədləri üçün ABŞ tərəfindən yaradılmasının deyilməsidir. Məsələ barədə fikir öyrənmək üçün “Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlıya müraciət etdik.
– “Ebola” virusu artıq geniş arealda yayılmağa başlayıb. Elçin bəy, necə düşünürsünüz virus iddia olunduğu kimi siyasi məqsədləri üçün ABŞ tərəfindən yaradılıb?
– ABŞ yaratmayıb, hansı dövlət yaradacaq ki? Mozambik? Amerikan hərbi laboratoriyalarında belə dəhşətli virusların davamlı olaraq hazırlanır. Eyni zamanda yayılma prosesinə də buradan start verilir. Proses keçən əsrin ortalarından başlayıb. Qərb dövlətləri kəşf etdikləri təhlükəli virus və bakteriyaları SSRİ-yə göndərdikləri mallara hopdurub insanların genefondunu dağıtsınlar. Lakin Sovet alimləri bundan tez duyuq düşdülər və zərərsizləşdirirdilər. Son 10 ildə də dünyanı bir neçə dəfə sars virusu, quş, donuz qripi və s. kimi viruslarla silkələyiblər. Birinci virusun buraxılmasında məqsəd ABŞ-ı dünya bazarında sürətlə sıxışdıran Çin iqtisadiyyatına zərər vurmaq idisə, ikinci və üçüncü isə bütün dünyaya qarşı yönəldilmişdi. Transmilli dərman şirkətləri bu qlobal həngamədən cəmi bir neçə ayda yüz milyardlarla müftə gəlir əldə etdilər. Virusun özü dövriyyəyə buraxılmamışdan əvvəl onun vaksini hazırlanmış şəkildə olur. Mövcud təhlükəni qlobal media sistemi vasitəsilə bir neçə dəfə reklam edib, ajiotaj yaradırlar. Başa düşürlər ki, bundan sonra dərmanın qiymətindən asılı olmayaraq insanlar onu almaq məcburiyyətində qalacaqlar. Tanınmış amerikalı ekspertlər də bu iddiaları təsdiq edirlər.
– Ümumdünya Səhiyyə Təşkilatının bu proseslərdə rolu var?
– ÜST beynəlxalq cinayətkar təşkilatlardan biridir. Qurum da digərləri kimi, ABŞ-ın əlində oyuncaqdır və müxtəlif peyvəndlər, vaksinlər vasitəsilə bəşəriyyət üzərində bioloji eksperimentlərin həyata keçirilməsini təmin edir. Mobil telefon biabırçılığında ÜST-ün nə olması aydın şəkildə bilindi. Mobil telefonların yüksək SAR göstəricilərini gizlətmək, şüalanma səviyyəsinin aşağı olduğu haqda rəy vermək üçün nəhəng şirkətlərin birindən sanballı məbləğdə rüşvət alması barədə olan fakt dünya mediasında demək olar ki, işıqlandırılmadı. ÜST transmilli şirkətlərin eleyhinə olan heç bir elmi faktı açıqlaya bilməz. Məsələn, “Koka-kola”nın nə dərəcədə dəhşətli təhlükə olduğunu bəşəriyyətə deyə bilməz. Üçüncü dünya ölkələrinə göndərilən peyvəndlərin tərkibində civə və sair təhlükəli elementlərin niyə on dəfələrlə yüksək – ölümcül dozada qoyulduğunun səbəblərini açıqlaya bilməz.
– Xüsusilə müsəlman ölkələri daha çox hədəfə alınır…
– SSRİ dağılandan sonra ABŞ-ın hərbi sənaye kompleksinə yeni düşmən lazım idi. Burada trilyonlar fırlanır, silah alveri külli miqdarda gəlir gətirir. Silahların satıldığı ölkələrdə süni şəkildə törədilən müharibələr amerikan transmilli dərman şirkətlərinin bazarını pullandırır, dağıdılmış, xaraba qoyulmuş şəhər və kəndlərin bərpasında bunlar yenə yaxşı pul qazanırlar və sair bu kimi gəlir mənbələri olur. Bu satanist dövlət konkret olaraq üçüncü dünya ölkələrinin istismarı nəticəsində yaşayır. Lakin burda yeganə maraq təkcə iqtisadi deyil, həm də siyasi, ideolojidir. Müsəlman dünyasını özünə potensial rəqib kimi görən amerikan ideoloqları bu coğrafiyada daimi xaos, müharibə və qırğın təşkil edirlər ki, bura həmişə tabe və asılı vəziyyət qalsın. ABŞ-a tabe olanlara bir qədər aman verilir- bunlar istisnasiz olaraq sünni dövlətləridir. Lakin tabe olmayan Liviya, Suriya və sair kimi müsəlman dövlətlərinə qarşı dəhşətli təxribatlar, təcavüzlər təşkil olunur. Nəticədə həmin ölkələr faktiki olaraq məhv edilir. Bu bir qədər kobud müdaxilədir. Lakin daha incə müdaxilə psixoloji, mənəvi sahələrdə baş verir. Məlum olduğu kimi dünyanın müxtəlif regionlarında sivilizasiyaların və əhalinin artım səviyyəsi tam antipoddur. Müsəlmanlar daha sürətlə artır, buddist, induist və s. din mənsublar orta sürətlə artır, xristian, yəhudi dünyası isə sürətlə azalır. Xüsusi strateji demoqrafik araşdırma mərkəzlərinin proqnozlarına görə, yaxın 50 ildə dünyada demoqrafik balans tamamilə əks yöndə dəyişəcək. Artıq indidən mənəvi-psixoloji deqradasiyasının pik həddinə çatmaqda olan Atlantik sivilizasiyasının sonu gələcək. Bunun qarşısını almaq üçün 10-dan artıq formada terror həyata keçirilir. Onlar aqressiv və sakit formada reallaşdırılır. Ən əsası da biolioji terrordur. Bu da peyvəndlər, vaksinlər, drəmanlar, “Koka-kola”, “Redbul” kimi içkilərlə, GMO qidalarla həyata keçirilir.
– Bəs, ilk hədəf kimi niyə Afrika seçildi?
– Afrika ABŞ-ın bioloji təcrübə poliqonudur. Bu son 100 ildə həmişə belə olub. SSRİ mövcud olanda dünyada balans vardı. “Soyuq müharibə” illərində Şərq bloku Afrikanın bir hissəsini qoruya bilirdi, ABŞ və Avropanın ora soxulmasının qarşısı alınırdı. Lakin 90-cı illərdən başlayaraq ABŞ planetdə təkbaşına hegemonluğunu sürdürdü və təcavüz dərəcəsini xeyli artırdı. Çünki qarşısında artıq buna mane olacaq qüvvə yox idi. Afrikanın bu günkü vəziyyətdə olmasının birbaşa günahkarı Qərbdir! Son əsrlərdə planetin ən zəngin materikində yaşayanlar aclıqdan, yoxsulluqdan məhv olurlar. Çünki neçə əsrdir “qara qitə”nin sərvətləri talanıb Qərbə daşınır. Əvəzində onlara viruslar, bakteriyalar, genetik xəstəliklər hədiyyə edilir. Niyə Afrikanın seçilməsinin səbəbi aydındır. Digər qitələrdə belə oyunlar çıxarmaq daha çətindir, üstəlik bu qitə daha zəngin, daha gözdənuzaq, daha ekspansiyalaşmış və müqavimət gücündə olmayacaq vəziyyətdədir.
– Qərb nə istəyir? Onun imperialist oyunlarının sonu olacaqmı?
– Qərbin nə istədiyinə düşünürəm ki, qısa şəkildə cavab verdim. Dünya üzərində hüdudsuz hakimiyyət. Sonu olacaqmı, nə vaxt olacaq, burasını demək çətindir. Qlobal zombiləşdirmə prosesi aparırlar, GMO vasitəsilə bioloji strukturun, genetik kodların dəyişdirilməsi, teleterror vasitəsilə psixotron təcavüzün reallaşdırılması, mənəvi deqradasiyanın sürətləndirilməsi, çipləşdirmə planlarının həyata keçirilməsi üçün hazırlıqlar gedir. ABŞ NATO kimi cinayətkar hərbi təşkilatın vasitəsilə dünyanın güclü dövlətlərini ətrafına toplayıb. Lakin bu biri cəbhədə də ona qarşı istənilən sahədə güc qoya biləcək dünya var: Rusiya, Çin, Hindistan, İran, Braziliya və s. Sadəcə bu biri dünya birləşə bilmir, onlar isə birgə fəaliyyət göstərirlər. Ölkələr, dövlətlər, cəmiyyətlər özlərini qorumağa məhkumdurlar, daha yaxşı olar ki, bunu təkbaşına etməsinlər. Çubuqları bir-bir qatlayıb sındırırlar. Ölkələr birgə əməkdaşlıq, birgə inkişaf, birgə müdafiə üçün razılığa gəlməlidirlər.
– Azərbaycan özünü bu təhlükədən qorumaq üçün nə edə bilər və etməlidir?
– Azərbaycanın yerləşdiyi coğrafiya, regiondakı geosiyasi situasiya mürəkkəb vəziyyət yaradıb. Lakin ölkə rəhbərliyinin düşünülmüş siyasi və iqtiadi kursu Azərbaycanın dünyada baş verən siyasi, hərbi, iqtisadi böhranlardan sığortalanmasını təmin edib. Biloloji təcavüzə qarşı ölkədə xüsusi elmi-tədqiqat institutu və modern lobaratoriya fəaliyyət göstərməlidir. Düşünürəm ki, ölkədə dövlət nəzarətini bir qədər də sərtləşdirmək lazımdır. Hakimiyyət xalqa demokratiya nağılları danışanların iç üzünü açıb göstərməli, onların ifşa edilməsi və zərərsizləşdirilməsini təmin etməlidir və bunu edir də. Əks halda, biz Suriyanın, Liviyanın, Ukraynanın vəziyyətinə düşə bilərdik. Hesab edirəm ki, cənab prezident İlham Əliyevin yeritdiyi siyasət buna imkan verməyəcək dərəcədə mükəmməl qurulub. Dünyada vəziyyət getdikcə gərginləşir. Üçüncü dünya müharibəsinin astanasında mövqelərimizi nəzərdən keçirməliyik. Bu sivilizasiyaların müharibəsidir. Çox qan axacaq, qurtuluş asan olmayacaq. Lakin xilas yolu var. Bəşəriyyət bunu etməyə məhkumdur.
Mənsur Rəğbətov