APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin rəhbəri Ceyms Korni “Röyters” agentliyinə bildirib.
Ceyms Korni qatilin adını və hansı dövlətin vətəndaşı olduğunu açıqlamayıb. FTB rəhbəri, həmçinin, ABŞ-ın Suriyada terrorçularla mübarizə apardığını və əməliyyatlara cəlb edilmiş hərbçilərin əksəriyyətinin vətənə döndüyünü qeyd edib.
Xatırladaq ki, avqustun 20-də internetdə amerikalı jurnalist Ceyms Foulinin edam səhnəsi olan videoyazı yayılıb. Sentyabrın 2-də isə ikinci amerikalı jurnalist Stiven Sotloffun edam videosu yayılıb.