"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Abbas Abbasov nə istəyir? — Baş nazirin sabiq müavini kriminal qruplarla işbirliyində!

10 Fevral 2015 - 22:11
in MANŞET
FacebookVatsap

Abbas Abbasov nə istəyirXəbər verildiyi kimi, Moskvada «Azərros” Federal Milli-Mədəni Muxtariyyətinin növbədənkənar hesabat-seçki qurultayı keçirilib. Bu qurultay isə Azərbaaycan mediasında daha çox Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini, hazırda Moskvada «qaranlıq otaq”dan səsi gələn Abbas Abbasovun simasında daha çox müzakirə olunur. Bildirilir ki, bu qurultay təşkilatı faktiki Abbas Abbasovun «cəngi”ndən xilas etmək məqsədini daşıyıb və bu olayda Azərbaycan dövləti xüsusi maraqlı olub.
Bəs, əslində, nə baş verib və ya verməkdədir?
Bu və ya digər suallarla bağlı «Hefteaz.tv”-ni məlumatlandıran Moskvadakı diaspor təşkilatlarından birinin nümayədəsi maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, «Azərros» yarandığı gündən bu təşkilat əvvəlcə onun fəxri prezidenti olan Söyün Sadıxovun nəzarətində olub: «Lakin Azərbaycanda keçirilən son prezident seçkiləri ərəfəsində Abbas Abbasov bütün gücü ilə bu təşkilatı özünün maraq mərkəzinə çevirməyi bacardı. O, faktiki olaraq «incə siyasət» yeritməklə bu təşkilatı öz nəzarətinə keçirdi. Sizə açıq deyə bilərəm ki, o, bu məsələdə təkcə Rusiyanın bəzi siyasi dairələrindən və hüquq-mühafizə orqanlarından dəstək almadı, həm də buradakı kriminal qruplardan da yararlandı. Son bir ildə isə, o, təkcə bəzi məclislərdə Azərbaycan iqtidarı və onun ayrı-ayrı üzvlərinə qarşı açıq fəaliyyəti ilə seçilmədi, eyni zamanda, onun kimi düşünməyənləri burada sıxışdırmağa da başladı. Bu isə təşkilatın nüfuzlu və aparıcı fiqurlarının narazılığını böyütdü. Və ən nəhayət, Söyün Sadıqov özünün də oyuna salındığını anladı. Yəni, o, faktiki olaraq Abbas Abasov tərəfindən «tora” salındıqlarını fərq etdi. Məhz bundan sonra o, fəxri prezident kimi, Abbas Abbasov tərəfindən qorxu altında saxlanılan nüfuzlu ziyalı və biznesmenlərin niyyətlərinə dəstək verib, qurultay qərarını elan etdi».
Mənbə deyir ki, Abbas Abbasov və onun Rusiyadakı qaranlıq əməllərindən Azərbaycan dövlətindən daha çox, təşkilat fəallarının narazı olduğu açıq faktdır: «Bilirsiniz, buradakı azərbaycanlılar Rusiya mühitində yaşayıb, formalaşıblar. Onları Azərbaycandakı kimi, hər dəqiqə asanlıqla yönəltmək mümkün deyil. Ona görə də Abbas Abbasova qarşı yaşananları Azərbaycanla birbaşa əlaqələndirmək mümkün deyil. Bu fikiri Abbas Abbasov və onun yaxın ətrafının təşkilatdan uzaqlaşdırılmasına səs verənlərin çoxluq təşkil etməsi də qüvvətləndirir. Yəni hazırkı məqamda Azərbaycan dövləti rəsmi olaraq bu və digər təşkilatların mobil və monolit fəaliyyətində maraqlı olduğunu nümayiş etdirir. Elə qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun birləşməyə və monolit fəaliyyətə göstərməyə çağırması da deyilənlərə işıq sala bilər. Qüdsi Osmanov, açıq notla bildirib ki, Azərbaycan dövləti hər bir ölkədə güclü, monolit diasporu olmasında maraqlıdır. Və sonda o, qurultayın işində martın əvvəlinə kimi fasilə götürməyi və Abbas Abbasovun azsaylı tərəfdarları olan «AzərRos”un Federal Şurasının üzvləri ilə dialoq qurmağı tövsiyyə edib. Azərbaycan dövlətinin fikirinin ifadəçisi olan səfir müavini bununla, əslində, Abbas Abbasovu sıradan çıxarmaq məqsədlərinin olmadığını, onun və tərəfdarlarının da cəlb olunub, birgə fəaliyyət göstərilməsində maraqlı olduqlarını ifadə edib. Ancaq Abbas Abbasov buna tam əks mövqedən cavab verib. Yəni, o, barışıq deyil, parçalanmanı labüdləşdirərək, əsl mahiyyətini göstərməyə başlayıb.
Mənbə deyir ki, Abbas Abbasovun qurultay günü polis gücü ilə iclası dayandırmaq istəyi və qurultayadan sonra təşkilatın ayrı-ayrı nüfuzlu üzvlərinə qarşı «əyri yollar”la təzyiqləri də bu fikri qüvvətləndirir: «Abbas Abbasov qurultaydan sonra kriminal qüvvələri də işə salıb. O, təşkilatın bir neçə üzvünün evinə hətta krimanal adamlar da göndərib. Bəziləri açıq şəkildə həddələyib də. Bu isə buradakı azərbacanlıları daha dərindən parçalayır. Mümkündür ki, bu «razborka»lar da ağır və rüsvayçı hadisələrə də yol açacaq. Ona görə Abbas Abbasovun əleyhdarları vəziyyətin daha da dramatikləşməməsi üçün Rusiya dövlətindən yardım istəyiblər.
Bu fakt da onu göstərir ki, artıq Abbas Abbasovla bağlı olan məsələ daha kəskin xarakter alıb. Soydaşlarımız Abbas Abbasovun anti-milli faəliyyətindən, hətta onun kriminal qruplarla əlbir fəaliyyətindən çox narahatdırlar. Və bu narahatlıq onları birləşməyə məcbur edib. Elə diaspor təşkilatlarımızın ard-arda xüsusi bəyanat verərək, Abbas Abbasovu kriminal qruplardan istifadə edərək, soydaşlarımıza təzyiq göstərməsi haqda deyilənlərdə vəziyyətin gərginliyindən xəbər verir”.
Mənbə deyir ki, Abbas Abbasov nəzarətində olan şəxslər və saytlar vasitəsi ilə Azərbaycan dövlətinin Rusiyadakı diplomatlarını da təhqir etdirməkdən çəkinmir: «Abbas Abbasov Polad Bülbüloğllunu və növbədənknar qurultayda iştirak edib, tərəfləri birliyi çağırıan Qüdsi Osmanovun haqqında təhqiredici yazılar yazdırır. Bu isə Abbas Abbasovun bardağı daşırması anlamına gəlir və Rusiyada soydaşlarımız arasında heç də xoş qarşılanmır. Ancaq görünür, geriyə çıxış yolu olmadığını görən Abbas Abbasov körpüləri yandırmaqda qərarlıdır”.

Bunu da oxuyun

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Previous Post

Abbas Abbasov nə istəyir? — Baş nazirin sabiq müavini kriminal qruplarla işbirliyində!

Next Post

Heydər Əliyevin Cavid Qurbanovu vəzifədən qovduğu fərman…

Bənzər yazılar

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə "əla" münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın...

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28

Finlandiya Prezidenti Aleksander Stubb Rusiya lideri Vladimir Putinə məhz indi zəng etməsini ABŞ-ın təşəbbüsləri fonunda Avropa ölkələrinin danışıqlarda daha fəal...

Next Post

Heydər Əliyevin Cavid Qurbanovu vəzifədən qovduğu fərman…

Heydər Əliyevin Cavid Qurbanovu vəzifədən qovduğu fərman…

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

28 Oktyabr 2026 - 16:52
Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

28 Oktyabr 2026 - 16:44
Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

28 Oktyabr 2026 - 16:36
“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

28 Oktyabr 2026 - 16:29
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

28 Oktyabr 2026 - 16:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.