“Tesla” 2027-ci ilin ortalarında Texasdakı zavodunda “Cybertruck” elektrikli SUV-un istehsalını dayandırmağı planlaşdırır.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask bildirib.
O qeyd edib ki, istehsalın saxlanılması robotaksi istiqamətinin inkişafı çərçivəsində “Tesla”nın böyük ümid bəslədiyi və yeni buraxılmış “Cybercab” modelinin istehsal həcmini artırmağa imkan verəcək.
“Cybertruck parkı hələ uzun müddət qalacaq”, – deyə Mask “X” sosial şəbəkəsində istifadəçilərdən birinə cavab olaraq yazıb. O, bu modeli “Tesla”nın indiyədək istehsal etdiyi ən yaxşı avtomobil”, onun istehsalının dayandırılmasını isə “bir dövrün sonu” adlandırıb.
“Cybertruck” istehsalının başqa müəssisəyə keçiriləcəyi, yoxsa modelin buraxılışının tamamilə dayandırılacağı hələlik məlum deyil. “Reuters” vurğulayır ki, şirkətin Ostindəki zavodu “Cybertruck” üçün xüsusi komponentlərin istehsalı ilə təchiz olunmuş yeganə məlum “Tesla” müəssisəsi olaraq qalır.
Məryəm


















