"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ağdam – xarabalıqlardan müasir şəhərə

18 Noyabr 2026 - 11:39
in XƏBƏR LENTİ
FacebookVatsap

Vəhşilik və barbarlıq mənəvi tənəzzülün, mərhəmət hissinin yoxluğunun və insan eybəcərliyinin ən ağır növüdür. Bədnam qonşularımız 1993-cü il iyulun 23-də Ağdam rayonunun ərazisinin 73 faizini işğal etməklə misli görünməmiş vəhşiliklərə, dağıntılara və talanlara yol verməklə öz xislətlərini bir daha nümayiş etdirdilər. Gözəl evləri, abad yolları, füsunkar təbiəti ilə seçilən, vaxtilə həyatın qaynayıb-daşdığı Ağdamı talana və dağıntıya məruz qoyaraq onu müasir dövrün Xirosimasına bənzər xarabalığa çevirdilər. “Ruhlar şəhəri”ni dağıtmaqla onun tarixini, mədəni irsini, əsrlərin yadigarına çevrilmiş memarlıq nümunələrini və bütöv bir nəslin xatirələrini də hədəfə aldılar. Ağdamın xarabalıqları işğalın törətdiyi faciənin, dağıdılmış talelərin və doğma yurda qayıtmaq həsrəti ilə yaşayan insanların ağrısının acı mənzərəsinə çevrildi.

Bunu da oxuyun

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də qəbul edilmiş qərarlara məhəl qoymadı. Ermənistan Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsinə, mülkiyyətin talan edilməsinə və digər qanunsuz əməllərə əl atdı. Bunun nəticəsində Ağdamın dinc əhalisi doğma yurdlarından didərgin salındı, rayonun tarixi, mədəni və sosial irsinə ağır zərbə vuruldu, şəhər və kəndlər genişmiqyaslı dağıntılara məruz qaldı.

Bütün bunların fonunda Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq bölgədə qan tökülməsinin qarşısını almağa yönəlmiş siyasət yürüdür, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində iştirak edirdi. Lakin Ermənistanın uzun müddət konstruktiv mövqe nümayiş etdirməməsi, ölkəmizin ərazi bütövlüyünə qarşı yeni iddialarla çıxış etməsi və təmas xəttində davamlı gərginlik yaratması vəziyyəti daha da mürəkkəbləşdirdi. Ermənistan silahlı qüvvələrinin cəbhə boyunca hərbi təxribatlara əl atması Azərbaycan Ordusunun cavab tədbirləri görməsini zəruri etdi və nəticədə uzun illərdən bəri davam edən münaqişə genişmiqyaslı müharibəyə çevrildi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu keçilməz hesab edilən erməni müdafiə istehkamlarını darmadağın edərək tarixi Zəfərə imza atdı və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz düşmənə tarixin ən ağır məğlubiyyətini yaşatdı. İlham Əliyev Prezident, Ali Baş Komandan və diplomat kimi öz liderlik keyfiyyətlərini müharibənin bütün istiqamətlərində nümayiş etdirdi. Onun siyasi uzaqgörənliyi, hərbi strategiyası və diplomatik məharəti düşmənin məğlubiyyətini qaçılmaz etdi. Ermənistan Azərbaycan Ordusunun qarşısında diz çökərək kapitulyasiyaya məcbur oldu. Məhz bu məğlubiyyətin nəticəsi olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Heç bir güllə atılmadan Ağdamın azad edilməsi qələbəmizin təsdiqi, Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki liderlik rolunun dünyaya nümayişi oldu. Ölkə başçısı Azərbaycan hərb tarixinin birinci sərkərdəsi kimi həm savaş meydanında, həm də diplomatiya masasında nümayiş etdirdiyi misilsiz liderlik keyfiyyətləri ilə tarixə özünəməxsus qəhrəmanlıq salnaməsi yazan fenomenal dövlət xadimi kimi daxil oldu.

Bu tarixi uğurun nəticəsi kimi 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana təhvil verildi və “Ruhlar şəhəri” işğaldan azad olundu. Dağıdılmış, talan edilmiş Ağdam məqsədli şəkildə minalarla çirkləndirilmiş, şəhərin gələcək inkişafı üçün ciddi maneələr yaradılmışdı. Vaxtilə həyatın qaynayıb-qarışdığı şəhər xarabalığa çevrilmiş, tarixi tikililər, yaşayış evləri və sosial infrastruktur yerlə-yeksan edilmişdi.

Prezident İlham Əliyevin qətiyyəti ilə azad olunan Ağdam qısa zaman ərzində eyni siyasi iradə və dövlətçilik əzmi ilə geniş quruculuq meydanına çevrildi. Şəhərin yenidən qurulması, tarixi simasının bərpası və müasir infrastrukturunun yaradılması Ağdamın gələcəyinə hesablanmış ardıcıl dövlət siyasətinin nəticəsi oldu.

Qısa zaman ərzində Ağdamın yenidən dirçəldilməsi prosesinə başlanıldı. Şəhərdə iqtisadiyyatın bərpası və sənaye potensialının inkişafı istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirildi. 2021-ci ildə yaradılan Ağdam Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başladı, investisiya layihələri reallaşdırıldı. Müasir Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi istifadəyə verildi, şəhər və kəndlərdə məskunlaşma prosesi sürətləndi. Bölgənin turizm imkanlarının genişləndirilməsi məqsədilə hotel və mehmanxana kompleksləri yaradıldı. Bütün bunlar Ağdamın iqtisadi, sosial və mədəni həyatının yenidən qurulmasına təkan verdi.

Bunun nəticəsi olaraq “Böyük Qayıdış” proqramı çərçivəsində ağdamlıların doğma torpaqlarına təhlükəsiz qayıdışı təmin edildi, uzun illər davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm addımlar atıldı.

Prezident İlham Əliyevin liderliyi ilə Ağdamın dirçəlişi, “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımızın doğma yurda qovuşaraq yaşadığı sevinc dövlət başçısının qətiyyətli siyasətinin və tarixi missiyasının təntənəsidir. Onun rəhbərliyi ilə Ağdamın xarabalıqlardan müasir şəhərə çevrilməsi Azərbaycan dövlətçilik tarixinin yeni səhifəsidir. Bu səhifənin memarı isə Müzəffər Ali Baş Komandandır!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Previous Post

Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə danışıqlarını müsbət qiymətləndirib

Next Post

Yohann Vadeful: Azərbaycanın enerji təchizatında rolu Mərkəzi Avropa üçün önəmlidir

Bənzər yazılar

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub

17 Noyabr 2026 - 21:40

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən qrant müsabiqədə qalib olduğu...

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

17 Noyabr 2026 - 21:29

Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi...

Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

17 Noyabr 2026 - 13:16

Azərbaycanda sahilboyu ərazilərdə torpaq, tikili, infrastruktur və sair obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların...

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17 Noyabr 2026 - 09:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb....

Next Post
Yohann Vadeful: Azərbaycanın enerji təchizatında rolu Mərkəzi Avropa üçün önəmlidir

Yohann Vadeful: Azərbaycanın enerji təchizatında rolu Mərkəzi Avropa üçün önəmlidir

Sahibkarlar işlənmiş məişət cihazlarını nağd qaydada ala biləcək

Sahibkarlar işlənmiş məişət cihazlarını nağd qaydada ala biləcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur

Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur

18 Noyabr 2026 - 12:07
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək

Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək

18 Noyabr 2026 - 12:05
Gözəllik xidmətləri göstərənlər 5 il vergi ödəyicisi olacaq

Gözəllik xidmətləri göstərənlər 5 il vergi ödəyicisi olacaq

18 Noyabr 2026 - 12:01
Çində yeni avtomobil satışı ardıcıl 13-cü aydır azalır

Çində yeni avtomobil satışı ardıcıl 13-cü aydır azalır

18 Noyabr 2026 - 12:00
Baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumu 30 manat olur

Baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumu 30 manat olur

18 Noyabr 2026 - 11:59
Manhettendə Azərbaycan bayrağının endirilməsi ilə bağlı erməni diasporunun yaydığı məlumatlar dezinformasiyadır – RƏSMİ

Manhettendə Azərbaycan bayrağının endirilməsi ilə bağlı erməni diasporunun yaydığı məlumatlar dezinformasiyadır – RƏSMİ

18 Noyabr 2026 - 11:56
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir

Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir

18 Noyabr 2026 - 11:54
Mehmanxana və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur

Mehmanxana və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur

18 Noyabr 2026 - 11:52
Azərbaycanda çips aksizli malların siyahısına daxil edilir

Azərbaycanda çips aksizli malların siyahısına daxil edilir

18 Noyabr 2026 - 11:50
Qazlı içkilər aksiz markasına cəlb ediləcək

Qazlı içkilər aksiz markasına cəlb ediləcək

18 Noyabr 2026 - 11:49
Gələn ildən fiziki şəxslərin kirayə gəlirlərinin vergiyə cəlb edilməsi zamanı xərcləri nəzərə alınacaq

Gələn ildən fiziki şəxslərin kirayə gəlirlərinin vergiyə cəlb edilməsi zamanı xərcləri nəzərə alınacaq

18 Noyabr 2026 - 11:47
Minik avtomobillərinin yerli istehsalının təşviqi ilə bağlı güzəşt tətbiq olunur

Minik avtomobillərinin yerli istehsalının təşviqi ilə bağlı güzəşt tətbiq olunur

18 Noyabr 2026 - 11:46
Sahibkarlar işlənmiş məişət cihazlarını nağd qaydada ala biləcək

Sahibkarlar işlənmiş məişət cihazlarını nağd qaydada ala biləcək

18 Noyabr 2026 - 11:44
Yohann Vadeful: Azərbaycanın enerji təchizatında rolu Mərkəzi Avropa üçün önəmlidir

Yohann Vadeful: Azərbaycanın enerji təchizatında rolu Mərkəzi Avropa üçün önəmlidir

18 Noyabr 2026 - 11:39
Ağdam – xarabalıqlardan müasir şəhərə

Ağdam – xarabalıqlardan müasir şəhərə

18 Noyabr 2026 - 11:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.