İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərq hissəsini keçməyə cəhd edən neft tankerində yanğın baş verdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “IRIB” teleradioşirkəti məlumat yayıb.
“Bir neçə saat əvvəl İran HDQ-nin müşahidə qrupları Hörmüz boğazının şərqindəki sularda neft tankerini müəyyən ediblər. Gəmi qanunsuz fəaliyyətə cəlb olunmuşdu və onun göyərtəsində yanğın baş verib”, – deyə hərbçilərin bəyanatında qeyd olunur.
İran tərəfinin iddiasına görə, gəmi Oman körfəzində gəmiçilik üçün qadağan olunmuş zonadan keçməyə cəhd edib və onun avtomatik identifikasiya sistemi söndürülüb. Tankerin adı açıqlanmır.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Oman sahlləri yaxınlığından keçən marşrutdan istifadənin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq edib və Hörmüz boğazının tam nəzarət altında olduğunu vurğulayıb.
Məryəm





















