Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiyanın qəbul edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Kallas “X” sosial media platformasındakı paylaşımında Lüksemburqda Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirildiyini qeyd edib.
İclasda Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edildiyini bildirən Kallas deyib: “Bu, Rusiya müharibəyə başlayandan bəri sanksiya siyahımızın ən genişmiqyaslı genişləndirilməsidir. Avropa bir daha nümayiş etdirir ki, o, birlik içində hərəkət edir”.
Yeni sanksiyaların yarıdan çoxunun ballistik raket istehsalı zənciri ilə əlaqəli olduğunu qeyd edən Kallas, Aİ üzvlərinin Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan yeni tədbirləri təsdiqlədiyini açıqlayıb.
Kallas bildirib: “Biz Rusiyanın ukraynalıları öldürmək üçün istifadə etdiyi silahları istehsal etməsini əhəmiyyətli dərəcədə çətinləşdirir, ləngidir və daha bahalı edirik”.
Şayəstə





















