"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, bir gün sonra hakim partiyanın qurultayı olacaq, gözləntilərinizi bilmək istərdik…

– YAP üzvlərini və rəhbər strukturlara seçiləcək şəxsləri öncədən təbrik edirəm. Arzu edərdim ki, qurultayda ölkəmizin sürətli inkişafa yol açacaq mühüm qərarlar qəbul olunsun.

– Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına təklif edilən dəyişikliklərlə bağlı çıxışa yazılsanız da belə bir imkan yaradılmadı. Niyə və nə barədə danışacaqdınız?

– Çıxışa cəmi iki nəfər yazılmışdı, Razi Nurullayev və mən. İş planı ilə bağlı gündəliyə aid olmayan çoxsaylı çıxışlar oldu, 11 nəfər danışdı. Məzuniyyət dövründə Sədr çoxsaylı vacib xarici səfərlərə gedib, çoxsaylı xarici qonaqları qəbul edib, demək olar ki, bütün məzuniyyət dövründə işləyib. Buna görə ona təşəkkür etmək lazımdır, amma yorğunluğa baxmayaraq vacib məsələlərin müzakirəsinə də imkan yaradılmalıydı. Ən azı iclasa qatılmış Prezidentin köməkçisi də heç olmasa iki deputatın fikrini dinləyə bilərdi. Yoxsa sual yaranır ki, o iclasa niyə qatılmışdı?

Mən daha çox diqqəti sənaye və texnologiya parklarının fəaliyyətinə çəkəcəkdim. 2011-ci ildən fəaliyət göstərən 11 sənaye və texnologiya parkında (Onlardan ikisi hələ ki, yeni yaradılıb və fəaliyyyətə başlamayıb) Sənaye və Texnologiya Parklarının şəhadətnamələrini almış iri sahibkarlıq subyektləri üçün ixracı stimullaşdırmaq məqsədilə müəyyən güzəştlər nəzərdə tutulur. 2026-cı ilin avqust ayına olan məlumatlara görə sənaye və texnologiya parklarında cəmi 101 müəssisə fəaliyyət göstərir. Bu günə qədər onlara edilən ƏDV və gömrük güzəştləri 560.5 milyon dollar təşkil edir. Sənaye və texnologiya parklarının yaradılmasına milyonlarla manat vəsait xərclənib, qaz, su, elektrik xətləri, yollar çəkilib.15 il ərzində sənaye və texnologiya parklarına 7.2 milyard manat investisiya qoyulub, 11200 insan işlə təmin olunub, 20.3 milyard dollarlıq məhsul istehsal olunub. Bu 10 milyonluq böyük potensiala malik ölkə üçün çox kiçik rəqəmdir. Cənab Prezident də bu yaxınlarda çıxışlarından birində söylədi ki, ixracın 90%-dən artığını neft və qaz məhsulları təşkil edir. Ona görə bu parkların maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olamaldır.

İndi yenə ixracyönümlü məhsul istehsal edən iri sahibkarlar üçün güzəştlər nəzərdə tuturuq və bu dəyişikliklərlə büdcənin nə qədər gəlirdən məhrum olacağı barədə məlumat verilmir.

Gələn ilin dövlət büdcəsinin gəlirlər hissəsində 625 milyon manatlıq -1.6 % artım, 5.3 %-lik infilyasiya proqnozlaşdırılsa da “sosial müdafiə və sosial təminat” xərclərinin 0.88 %, 43 milyon manat artırılması nəzərdə tutulur.

Biz pensiya islahatlarını, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarada çalışanların sayının azaldılmasını aparılacaq iqtisadi islahatların nəticələrinin büdcə gəlirlərinin ciddi artımına gətirib çıxaracağı dövrə saxlamalıyıq. Qeyd etdiyim islahatlarla əldə ediləcək vəsait sosial narazılıqdan başqa bizə heç nə verməyəcək. İslahatların ardıcıllığını düzgün müəyyən etməsək, aparılan islahatların vuracağı ziyan xeyirindən çox olacaq.

Qeyd edəcəkdim ki, bu cür dəyişikliklərlə böyük investisiya qoyuluşuna nail olmaq mümkünsüzdür. Biz iqtisadi azadlıqları genişləndirməli, dövlətin nəzarətində olan iqtisadiyyatın əsas sahələrini özəlləşdirməli, Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, kiçik və orta sahibkarlığın inkişafı qarşısında ən böyük maneə olan dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoymalı, yerli dövlət hakimiyyət orqanlarına rayonlarda istehsal və emal müəssiələrinin tikintisinə icazə vermək səlahiyyəti verilməli, mülkiyyəti qoruyacaq güclü məhkəmə hakimiyyəti qurmalı, sərhədləri açmalıyıq. Yalnız bu yolla ölkədə sürətli iqtisadi inkişafa nail olmaq mümkündür.

Previous Post

Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

Next Post

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Bənzər yazılar

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Next Post
Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.