"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı – Məktəb həyəcanının pərdəarxası

16 Sentyabr 2026 - 10:20
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

Elchi.az Maya İmranın “Qəpik-qəpik sevinclər” adlı yeni yazısını təqdim edir.

Məktəbə bu il qədəm qoyan bütün balalara sonsuz sevgilərlə…

Dizə qədər, yanlarında muncuqlu bəzəyi olan məktəb corablarım hələ də yadımdadır. İlk dərs günümə mənim istəyimlə alınan tək o idi. Qalan hər şey böyük bacımın ötən il geyindikləri idi…

Məktəbin başlamasına sayılı günlər qalanda evimizdə sevincdən çox gözlənti hökm sürərdi. Siravi ailə üçün dörd uşağı məktəbə hazırlamaq asan məsələ deyildi axı. Anam tökərdi ötən dərs ilindən qalanları- kimin köynəyi əyninə kiçilib, kimin ayaqqabısı yenilənməlidir, böyüyün çantasını balacaya verib, balacanın ətəyinə düzəliş edib alınacaqları minimuma endirərdi. Bununla da, yekun siyahı çıxarıb atama “məruzə edərdi”: “10 şirvan bəs edər”. Əksər dərs illərində yeni geyim istəyim anamın o sərt “məruzəsi” ilə xəyala dönərdi. Evin ikincisi olmaq bu baxımdan həmişə gözümü yaşlı qoyurdu. Çox ağlayıb üzüləndə də anam “məktəbə oxumağa gedirlər, ya geyimini nümayiş etdirməyə?!” deyib məsələni kökündən bağlayırdı. Beləcə, məktəbə geyimimi nümayiş etdirmək üçün getmədiyimi anama 11 il sübut etdim – köhnə paltarlarla, əla qiymətlərlə.

Sonra universitet həyatım başladı. Anladım ki, geyim məsələsi üçün anam məndən sübut filan istəmir, sadəcə, mən kasıb ailənin övladıyam.

Hər ay evdən göndərilən kiçik məbləğin üzərinə anam məktub yazıb qoyurdu. Bütün məktublar eyni cümlə ilə bitirdi: “Pulu ehtiyatla xərclə”.

Pulu ehtiyatla xərcləmək ifadəsi “qənaət et” tapşırığının könüloxşayan formasıdır. “Yox”lar gözümüzün önündə olduğu, illərlə günlərimizin, aylarımızın içində kök saldığı halda, anam onu məharətlə pərdələyirdi: “Şükür Allaha nəyimiz yoxdur ki?! Hər şeyimiz də var, amma daha vacib şeylər üçün bəzi şeylərin yoxluğuna göz yummaq lazımdır.” Bəlkə də yox olanın dərdini çəkmək əvəzinə, var olması üçün əlimizdə olanı mükəmmələ çevirə bilmək bacarığını bizə anamdan başqa heç kim bu qədər gözəl öyrədə bilməzdi. Yoxluqla mübarizənin bir yolu var idi – oxumaq! O yoxluqda dörd təhsilli övlad yetişdi. Yetişdirildi. Qəpik-qəpik, qram-qram. Valideynlərim üçün maddi müqayisələr həmişə maraqsız idi.

“Əşi nəyimizə lazım kim nə geyinir, nə xərcləyir?!”

Amma “qrupda ən yüksək balı mən aldım”, “bu çıxış üçün təkcə məni seçdilər” kimi “kiçik zəfərlər” gözlərini parladır, yanaqlarına fəxarət təbəssümü qondururdu onların. Xoşbəxtlikdən, bu bumeranq getdikcə biz övladların zövqverici missiyasına, valideynlərimin isə mənəvi qidasına çevrilirdi – o kasıb evimizin büdcəsindən – atamın əllərindən çıxıb bizə çatan bir manat da heyif olmurdu, hər biri uğur şəklində geri qayıdırdı. İllər boyunca qoyub getdiyimiz o kiçik evimizdə bizim yerimizi uğurlarımız doldurdu. Anam qazandığımız diplom, tərifnamə, ən adi sertifikatı belə tullamırdı, divardan asırdı, bəsləyirdi, əzizləyirdi.

Atamın adı ilə qürrələndiyimiz şəhərə bizim adımıza, hörmətimizə təriflər, təşəkkürlər gəlməyə başlayırdı. İllər boşa getməmişdi – biz təkcə yaşca, boyca böyüməmişdik, həm də adımız, ağlımız böyümüşdü. “Yox”larla qazandıqlarımız bizi daha əzmkar, daha qətiyyətli etmişdi. Bizə cəlbedici görünən mahiyyətlər başqa idi – daha çox ağıl, daha çox bilik və daha az təkəbbür. Əziyyətsiz başa gələn hər şey dadsızdır. Və yaşanmışların insana qatdığı dəyərlər zamanın özündən daha qiymətlidir. O qədər qiymətli ki, bunu yalnız övlada aşılamaq olar.

İndi atam nəvəsinin ilk dərs gününə hazırlaşır – bu il oğlum 1-ci sinifə gedəcək. Daha böyük həvəs, daha böyük gözlənti. Bu dəfə alınacaqları anam təyin etmir, atam almır. Amma biz onlardan öyrəndiklərimizlə daha bir məktəbli böyütməyə hazırlaşırıq.

Bir ildən çoxdur ki, oğlum məktəbə gün sayır, “Yaydan sonra məktəb başlayır?”, “Məktəb başlayanda payız başlayır?!”, “Mənim ad günümdən sonra məktəblər açılacaq?!”- az yaşının və böyük ürəyinin mərkəz nöqtəsi məktəbdir. Məhz məktəb sevgisinin sayəsində babasının ilboyu verdiyi qəpikləri xərcləməyib, uşağa xas olmayan səbirlə şüşə qaba doldurub, yığıb. Arabir bildiyi rəqəmə qədər sayır, “bu qədər qəpiyə nələr almaq olar?” deyib, pulunun miqdarını “ölçüb-biçir”. Mən də bu sevgisinin etibarını yoxlamaq üçün “Artıq böyüyüb məktəbə gedəcəksən. Məktəbə lazım olan şeyləri elə öz pulunla alarıq sənə” dedim. Kiçik qəpiklər uşaq dünyasında onu padşaha, şüşə qəpik qabını isə xəzinəsinə çevirmişdi. Gözlərindən sevinc qığılcımlanırdı. Babasından gələn ovuc-ovuc qəpiklər “xəzinəsini” aydan-aya “zənginləşdirirdi”. Bir manata, 10 manata, 20 manata “sığan” qəpikləri saymağı bacardıqca, məktəb üçün daha çox səbirsizlənir, alacaqlarının siyahısını gündən-günə uzadırdı.

“Çoxlu, rəngbərəng qələmlər”, “böyük albom”, “şəkilli dəftər”, “su qabı”…

Nəhayət, böyük gün yetişdi- birlikdə məktəb alış-verişinə getdik. Alınacaqları mən seçir, o bəyənir, “pulunu ödəyim?” deyib fərəhlə bizdən önə atılırdı. Bəzi anlar, hisslər təkrar yaşanmır. Ona görə elə anlar olur ki, bilərəkdən yubadılıb yavaş-yavaş yaşanmalıdır.

Bunu Çingiz Aytmatov daha gözəl deyir: “Bəzi duyğuları anlatmağa yetəcək qədər kəlimə yoxdur. Buna ehtiyac da yoxdur.”

Artıq mən də valideynəm. Amma hələ indi başa düşürəm ki, atamın zəhməti anamın dualarına qarışıb deyə qəpik-qəpik sevinclər qalaq-qalaq uğurlara dönüb. Bu xoşbəxt həyatın ən sadə gerçəyidir.

Əziz oğlum, məktəb sevgin heç azalmasın. Düz bilirsən – məktəb seviləcək yerdir. Bizdən – evimizdən başlayan “sən”in daha ağıllı, daha savadlı, daha uğurlu insana döndüyün yerdir. Əslində, hər şey sənin anladığın kimi sadə və gözəldir. Sadəcə, sevgi, əzm və qətiyyət lazımdır.

Hətta qəpiklərin sevinclərə dönməsi üçün də…

Əziz balalar, sizə bol həvəs və uğurlu təhsil həyatı arzulayıram.

Maya İmran 

Previous Post

Ürək üçün faydalı qidalar hansılardır? Mütəxəssislər açıqladı

Next Post

Süni intellektlər öz aralarında yeni ingilis dili ilə danışmağa başladı

Bənzər yazılar

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə  Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26

"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib. Elchi.az -ın  məlumatına görə, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul...

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24

ABŞ Ukrayna tərəfi ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb. Elchi.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald...

Next Post
Süni intellektlər öz aralarında yeni ingilis dili ilə danışmağa başladı

Süni intellektlər öz aralarında yeni ingilis dili ilə danışmağa başladı

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.