10 avqustda Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 331-ə çatıb.
Elchi.az xəbər verir ki, zəlzələ fəlakətindən sarsılmış Cənubi Amerika ölkəsi Kolumbiyada ölənlərin sayı artmaqda davam edir.
Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsi (UNGRD) ölkəni vuran 7,4 bal gücündə zəlzələ ilə bağlı son vəziyyətlə bağlı açıqlama verib.
Bəyanatda zəlzələdə həyatını itirənlərin sayının 2 nəfər artaraq 331-ə çatdığı bildirilib.
Yaralananların sayının 4439, itkin düşənlərin sayının 240, dağıntılar altından xilas edilənlərin sayının isə 364 olduğu bildirilib.
Kolumbiyada hökumət 7,4 bal gücündə zəlzələnin vurduğu dağıntılarla mübarizəni asanlaşdırmaq üçün “iqtisadi, sosial və ekoloji fövqəladə vəziyyət” elan edib.
Şayəstə





















