Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Sakit okeanda, uzaq Xatidze adaları rayonunda, ocağı isə 60 km dərinlikdə yerləşib.
TASS müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar Tokioda da hiss olunub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.





















