Pakistanın Xeybər-Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı bir sıra hücumlar baş verib. Hücumlar nəticəsində iki polis nəfəri həlak olub, 20-dən çox insan isə yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Afghanistan International” məlumat yayıb.
Nəşrin məlumatına görə, Bannu rayonunda polis məntəqəsinin yaxınlığında minalanmış avtomobil partladılıb, bundan sonra hücum edənlərlə polis əməkdaşları arasında bir neçə saat davam edən atışma başlayıb. Son məlumatlara görə, altısı polis olmaqla ən azı 10 nəfər yaralanıb.
Aşağı Dir rayonunda baş verən digər hadisədə isə iki polis əməkdaşı həlak olub, daha 16-sı yaralanıb. Bannuya edilən hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” (TTP) ilə əlaqəli olan “Ittihad-ul-Mujahideen Pakistan” qruplaşması üzərinə götürüb.
Məryəm



















