Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbin Luis Krişoku Bosniya və Herseqovinada müvəqqəti Ali Nümayəndə kimi təqdim etmək cəhdlərinin heç bir hüquqi əsası yoxdur.
Elchi.az xəbər verir ki, o, bu şərhi Sülhün Tətbiqi Şurasının Rəhbər Heyətinin Luis Krişoku Bosniya və Herseqovina üzrə müvəqqəti Ali Nümayəndə təyin etmək qərarı ilə bağlı verib.
“Əgər bu funksiya Ali Nümayəndə Ofisinin (OHR) texniki fəaliyyətini təmin etmək üçün zəruridirsə, deməli, bu, həmin qurumun sırf daxili məsələsidir. Lakin, sözdə “Ali Nümayəndənin Fəaliyyətini Təmin Edən”in Deyton Sazişi mənasında heç bir səlahiyyəti yoxdur”, – deyə Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş Federal Xəbər Agentliyinin (BİH) suallarına cavabında bildirib.
Zaxarova qeyd edib ki, belə bir səlahiyyət yalnız namizədliyi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş qanuni Ali Nümayəndəyə verilə bilər.
Zaxarova əlavə edib ki, Deyton Sazişinin beynəlxalq təminatçılarından biri kimi Rusiya Ali Nümayəndə Ofisinin mümkün qədər tez bağlanması və Ali Nümayəndə vəzifəsinin heç bir şərt olmadan ləğv edilməsi zərurətini vurğulayır. Belə ki, xarici protektorat Bosniya və Herseqovinanın suverenliyi ilə uyğunsuzdur.
Yeganə





















