ABŞ prezidenti Donald Tramp ölkəsinin İsrail ilə münasibətləri ilə bağlı “Donald Tramp olmasaydı, İsrail məhv olardı” deyib.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər portalına verdiyi müsahibədə Prezident Tramp İsrail və İsrailin Baş naziri Binyamin Netanyahu ilə münasibətlərini qiymətləndirdi.
Netanyahudan soruşulsaydılar, bomba və silahlar da daxil olmaqla hər şeyə sahib olduqlarını deyəcəklərini bildirən Tramp “Donald Tramp olmasaydı, İsrail məhv olardı” dedi. Tramp həmçinin Netanyahu ilə münasibətləri barədə də dedi: “Münasibətlərimiz yaxşıdır, amma onları daha məqbul səviyyədə saxlamalıyıq”.
İsrailin Livana hücumunun qarşısını ala biləcəyi soruşulduqda, Tramp “Bəli, edərəm. Mənə çox hörmət edirlər və dediklərimi edirlər” dedi.
Şayəstə





















