İran xarici işlər naziri Abbas Arakçi Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
Elchi.az xəbər verir ki, İran mediası xarici işlər naziri Abbas Arakçinin telefon danışığı zamanı Lavrovu İran və ABŞ arasında əldə edilən ilkin razılaşma barədə məlumatlandırdığını bildirib. Məlumata görə, Arakçi anlaşma memorandumunun təfərrüatlarını Lavrova çatdırıb və İsrailin Livana qarşı təcavüzünün “tam dayandırılması”nın vacibliyini vurğulayıb. Məlumata görə, Lavrov mətnin tamamlanmasını alqışlayıb və Rusiyanın onu tam dəstəklədiyini bildirib. Hər iki nazir həmçinin beynəlxalq ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını anlaşma memorandumunu dəstəkləməyə çağırıb və sülhün və sabitliyin təmin edilməsi üçün diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Şayəstə





















