ABŞ-ın vitse-prezidenti JD Vance, İsrailin mövqeyindən asılı olmayaraq, ölkəsinin İranla razılaşma axtarışlarını davam etdirəcəyini açıqladı.
Elchi.az xəbər verir ki, Vitse-prezident Vance Amerika mətbuatına verdiyi açıqlamada, İsrailin mövqeyindən asılı olmayaraq, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşma axtarışlarını davam etdirəcəyini bildirdi.
Vance, İranın nüvə razılaşmasına uzunmüddətli bir həll yolu tapa biləcəklərinə inandıqlarını bildirərək, “İsrailin xoşuna gələ bilər, gəlməyə bilər, amma əsasən düşünürük ki, bu, ABŞ-ın maraqlarına uyğundur. Bunu Amerika xalqına layiqincə xidmət etmək üçün etməliyik” dedi.
Şayəstə





















