Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov “Telegram” kanalında bildirib.
“Düşmən Yampol icmasının mərkəzi hissəsinə hücum edib, nəticədə 2 nəfər ölüb. Yaralanan 4 qadın isə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir”, – o yazıb.
O. Qriqorovun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, hücumun bütün təfərrüatları və nəticələri araşdırılır.





















