ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran əldə olunmuş razılaşmaları yerinə yetirməyə razı olarsa — hərçənd bu, hələlik yalnız bir fərziyyədir — “Epik Qəzəb” başa çatacaq, Hörmüz boğazının blokadası isə onu İran da daxil olmaqla hamı üçün açıq etməyə imkan verəcək.
Bu barədə Elchi.az Trampın “Truth Social” sosial şəbəkəsinə istinadən xəbər verir.
“Əgər İran razılaşdırılmış şərtləri yerinə yetirməyə razı olarsa — hansı ki, bu, bəlkə də böyük bir fərziyyədir — artıq əfsanəvi ‘Epik Qəzəb’ sona çatacaq və çox effektiv blokada Hörmüz boğazının İran da daxil olmaqla hamı üçün açıq olmasına şərait yaradacaq.
Əgər onlar razılaşmasalar, bombardman başlayacaq və bu, əfsuslar olsun ki, əvvəlkindən daha yüksək səviyyədə və daha böyük intensivliklə olacaq”, — deyə Tramp yazıb.
Məryəm





















