Cənubi Çinin Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, partlayış dünən axşam saatlarında əyalətin inzibati mərkəzi olan Çanşa şəhərinin Liuyanq qraflığında fişəng fabrikində baş verib.
Yerli Fövqəladə Halların İdarə Edilməsi Bürosu partlayış nəticəsində fabrikdə 21 işçinin öldüyünü, 61 nəfərin isə yaralandığını açıqlayıb.
Hadisədən sonra əraziyə yanğınsöndürmə və təcili yardım qrupları göndərilib və axtarış-xilasetmə əməliyyatları davam edir.
Xi Jinpingdən çağırış
Çin Prezidenti Si Cinpin axtarış-xilasetmə səylərinin səfərbər edilməsinə və hadisə ilə bağlı məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün tez bir zamanda araşdırma aparılmasına çağırıb.
Si bütün yerli hökumətlərin və müvafiq qurumların qəzadan dərs çıxarmalı və iş yerində təhlükəsizlik tədbirlərini artırmalı olduğunu qeyd edib və əsas sektorlarda risk monitorinqi və nəzarətinin gücləndirilməsini tapşırıb.
Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi xilasetmə və yardım işlərinə rəhbərlik etmək üçün bölgəyə bir qrup göndərib.
Şayəstə





















