İxtisas seçimi zamanı seçimin ardıcıllığı çox vacibdir.
Elchi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial mediada canlı yayımda çıxışı zamanı deyib.
O bildirib ki, bəzən abituriyentlər birinci ödənişli ixtisası, daha sonra ikinci yerə dövlət sifarişini yazırlar.
“Belə faktları çox görürük. Bu halda birinci yazılan uyğundursa, ödənişli ixtisasa qəbul olunur. Tövsiyə edirəm ki, abituriyentlər, valideynlər “Abituriyent” jurnalının 4-cü nömrəsini əldə etsinlər”, – o vurğulayıb.





















