Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə günü Yəmən sahillərində şübhəli insident barədə məlumat yayıb və ərazidəki gəmilərə yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib.
Elchi.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Xəbərdarlığa əsasən, bir balker gəmisinin kapitanı göyərtəsində yeddi silahlı şəxsin olduğu qara korpuslu kiçik bir qayığın (skiff) onlara yaxınlaşdığı barədə məlumat verib.
Hadisə Yəmənin əl-Mukalla limanından təxminən 92 dəniz mili cənub-qərbdə baş verib.
UKMTO həmin ərazidən keçən bütün gəmiləri maksimum dərəcədə sayıq olmağa çağırıb.
Məryəm





















