"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Avropa Parlamenti açıq şəkildə Azərbaycana qarşı düşmən mövqe tutur” – Zahid Oruc

01 May 2026 - 17:09
in SİYASƏT
FacebookVatsap

“Son vaxtlar Avropa Parlamenti demək olar ki, Azərbaycan münaqişələrinə, Qarabağ məsələsinə dair mövqeyini ortaya qoyarkən Ukraynanın ərazi bütövlüyünü dəfələrlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük. 90-cı illərdə yalnız erməni əhalisinin humanitar böhranla üzləşdiyini iddia edən avrobürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmi dəstəkləyib, “öz müqəddəratını təyin etmək hüququ”, “dondurulmuş münaqişə” və “status-kvo” kimi ifadələrlə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtmağa çalışıblar”.

Bunu da oxuyun

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

Mopedlər də texniki baxışdan keçəcək

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində qələbəmizdən sonra Avropa Parlamenti məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin belə dilə gətirmədiyi “xristian irsinin qorunması” mövzusu ilə ölkəmizə qarşı hücumlarının intensivliyini artırıb:

“Tarixi əsərlər adı altında keçmiş işğalçıların revanşist istəkləri başqa formada təqdim olunur. Onların bu istiqamətdə siyasi mövqe nümayiş etdirməsi təəccüblü deyil. Avropa Parlamenti dünənki qərarı ilə sanki Nürnberqdə məhkum olunanlara bəraət verilməsi kimi yanaşma ortaya qoyub, lakin bu, bizim üçün qeyri-adi hesab edilməməlidir. Dünənki sənəddə “Dağlıq Qarabağ” termininin işlədilməsi işğalçıların təkcə Qarabağ deyil, Ermənistan daxilindəki digər bölgələrdə də maliyyə və siyasi dəstək vasitəsilə necə qidalandıqlarının sübutudur. Ermənistan hökuməti hələ də bu ifadələri işlədir, “Laçın-Bakı yolu” kimi terminlərdən istifadə edir. Ermənistanın daxili demokratik qüvvələrinin gücləndirilməsi, xarici müdaxilələrdən və Moskvadan gələn təzyiqlərdən qorunması məsələsi də qabardılır.

Əgər doğrudan da məqsəd bu idisə və ayrılan vəsaitlər, yardımlar bu istiqamətdə istifadə olunmalı idisə, belə sənədlərin Ermənistanı xarici informasiya hücumlarına məruz qoyması, regionda sülhə zərbə vurması, Paşinyanın seçim qarşısında qalmasına və Azərbaycanla normallaşma prosesinin pozulmasına səbəb olması aydın görünür. Bu isə həmin sənədin Ermənistanın maraqlarına xidmət etmədiyini və Azərbaycanın sülh prosesindəki roluna təhdid yaratdığını göstərir. Əlbəttə, bu proseslərdə iştirak edənlərin bir hissəsinin digər dövlətlərin təsiri altında olması ehtimalı da nəzərə alınmalıdır. Bu avrobürokratların və korrupsiyaya bulaşmış dairələrin fəaliyyəti iki xalq arasında düşmənçiliyin davam etməsinə və öz maraqlarının təmin olunmasına yönəlib. Qarabağ məsələsi gündəlikdən çıxdıqca keçmiş imperiya təsir dairələrinin varisləri narahatlıq keçirirlər. Enerji resursları üzərində təsir imkanlarının azalması da bu narahatlığı artırır. Şuşa Bəyannaməsi və gələcək sülh müqaviləsi imzalandıqdan, iki ölkə arasında diplomatik, siyasi və ticarət əlaqələri bərpa olunduqdan sonra bu qüvvələrin mövqeyi tarixdə mənfi səhifə kimi qalacaq.

Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışanlar Şuşa və Xankəndidə yaşayan azərbaycanlıları nəzərə almırlar. Paşinyanın əsas problemi daxildə göstərilən separatçı qruplar deyil, əksinə, xaricdə formalaşan təzyiq mərkəzləridir. Aprelin 11-12-də Parisdə keçirilən görüşdə iştirak edən 22 dövlətin təmsilçiləri və dünən bəyannaməyə səs verənlər bu kontekstdə diqqət çəkir. Son 35 ildə ilk dəfə olaraq sərbəst şəkildə İrəvana səfər edilərək, təhlükəsiz şəraitdə delimitasiya prosesinin aparılması sülhə doğru mühüm addım oldu. Belə bir məqamda barışa qarşı çıxan qüvvələrin qisas niyyəti açıq görünür. Bəs parlamentimizin cavabı nə olmalıdır? Biz bəyan etməliyik ki, sülh prosesinə qarşı çıxan qüvvələrə qarşı İrəvan və Bakı eyni mövqedən çıxış etməlidir. Ermənistan rəsmi şəkildə bəyan etməlidir ki, son 30 ildə işğalı legitimləşdirmək üçün qurulan infrastruktur, o cümlədən dini və milli dəyərlərin qorunması məsələsi xarici müdaxilə predmetinə çevrilməməlidir. Azərbaycan dövləti isə sülhün şərtlərini müəyyənləşdirərək beynəlxalq ictimaiyyətə təqdim etməlidir ki, regiona müharibə gətirmək istəyən qüvvələrin kimliyi aydın şəkildə görünsün. Hörmətli sədr, xahiş olunur ki, bu bəyanatın hazırlanması üçün Avropa Parlamenti ilə bağlı xüsusi komissiya formalaşdırılsın və həmin sənəd növbəti rəsmi cavabımız kimi qəbul edilsin. Keçən il aprelin 14-də qəbul edilmiş qərara necə səs vermişdiksə, bu sənədə də adekvat cavab verilməlidir”. (Redaktor.az)

Previous Post

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Next Post

“Avropa Parlamenti ilə əməkdaşlığın mənası qalmayıb” – Qüdrət Həsənquliyev

Bənzər yazılar

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə...

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

27 İyul 2026 - 16:45

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən...

Mopedlər də texniki baxışdan keçəcək

Mopedlər də texniki baxışdan keçəcək

27 İyul 2026 - 16:29

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin...

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

27 İyul 2026 - 13:40

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
“Avropa Parlamenti ilə əməkdaşlığın mənası qalmayıb” – Qüdrət Həsənquliyev

"Avropa Parlamenti ilə əməkdaşlığın mənası qalmayıb" - Qüdrət Həsənquliyev

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.