"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

22 Aprel 2026 - 18:37
in SİYASƏT
FacebookVatsap

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

Bunu da oxuyun

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

Elchi.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident.

Əziz qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz. Çox şadam ki, dəvətimi qəbul etmisiniz və ölkəmizə rəsmi səfərə gəlmisiniz. Siz əvvəlki vəzifənizdə olarkən dəfələrlə Azərbaycanda olmusunuz. Lakin Prezident kimi ilk dəfədir səfər edirsiniz. Mənim əvvəlki görüşlərdən, o cümlədən ötən ilin yanvarında Davosda keçirilmiş görüşdən çox əziz xatirələrim var. Bizimlə olduğunuza görə bir daha minnətdaram. Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq.

Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda – Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik, çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Mən iştirakçıların siyahısına baxdım. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək.

Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək.

Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər.

Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.

Biz, həmçinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə defakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.

Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm. Bir daha xoş gəlmisiniz və Sizə xoş səfər arzu edirəm.

x x x

Sonra Latviya Prezidenti Edqars Rinkeviçs bəyanatla çıxış etdi.

Prezident Edqars Rinkeviçsin bəyanatı

– Çox sağ olun, cənab Prezident.

Əvvəla, mən Latviya nümayəndə heyəti adından və öz adımdan Sizin çox böyük qonaqpərvərliyinizə və səmimi qəbula görə minnətdarlığımı ifadə etmək istəyirəm.

Hesab edirəm ki, bu gün apardığımız müzakirələr çox müsbət, praqmatik olmuşdur və gələcək əməkdaşlığa yönəlmişdir.

Mənim Bakıya rəsmi səfərim, mənim Azərbaycan Respublikasına rəsmi səfərim əslində 2017-ci ildə imzalanmış strateji tərəfdaşlığımızın prinsiplərini bir daha təsdiq edir.

Düşünürəm ki, bu gün qəbul etdiyimiz Bəyanatda strateji tərəfdaşlığımızı necə irəli aparmaq istədiymizlə bağlı bəzi addımlar atmışıq.

İcazə verin onu da deyim ki, nümayəndə heyətimə həm də bir neçə hökumət rəsmisi, – xarici işlər naziri, kənd təsərrüfatı naziri, Daxili İşlər Nazirliyinin dövlət katibi, Sərhəd Xidmətinin rəisi, – həm də geniş biznes təmsilçiləri daxildir. Mən iqtisadi əməkdaşlığa şərait yaratmaq üçün bu gün burada Bakıda keçiriləcək biznes-forumunu səbirsizliklə gözləyirəm.

İqtisadi əməkdaşlığa gəldikdə, hesab edirəm və sizin də çox diplomatik şəkildə ifadə etdiyiniz qiymətləndirmənizlə tam razıyam ki, aramızdakı ticarət dövriyyəsi çox mülayimdir və artırılmalıdır. İnanıram ki, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq sahələrində çoxlu imkanlar var və biz təcrübələrimizin necə paylaşılması ilə bağlı bəzi praktiki yolları müzakirə etdik.

Bildiyiniz kimi, Latviya meşələr ölkəsidir və biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı, cənab Prezident, Sizin qarşıya qoyduğunuz planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik.

Həmçinin düşünürəm ki, keçən həftə Azərbaycanda, Şuşada keçirilən Hökumətlərarası Komissiyanın iclasında artıq bəzi praktiki məsələlər müzakirə olunub. Ümidvaram ki, həm Komissiyanın işindən, həm də bu gün mübadilə etdiyimiz ideya və qəbul etdiyimiz qərarların praktiki nəticələrini görəcəyik.

İcazə verin vacib olduğunu düşündüyüm digər mövzuları da diqqətinizə çatdırım.

Birincisi, mən cənab Prezidenti və bütün Azərbaycan xalqını Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə başlanılması münasibətilə təbrik etmək istəyirəm. Biz bu məsələnin sürətli şəkildə irəliləməsinə ümid edirik. Biz bunu və Sizin bu məsələdəki mövqeyinizi çox dəstəkləyirik. Ümid edirik ki, təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olan bu sazişin yekunlaşmasını görəcəyik.

Həmçinin vurğulamaq istədiyim digər bir məsələ də var. Biz Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sahəsində müsbət addımların atıldığını müşahidə edirik. Biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm. Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur.

Əlbəttə ki, biz Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük.

Yekun olaraq icazə verin deyim ki, biz Prezidentin dediyi kimi, regionda cərəyan edən hadisələr barədə çoxlu müzakirələr apardıq. Biz Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək dəyərləndiririk. Lakin biz, eyni zamanda, cənab Prezident və onun heyətinin İranda və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə də qulaq asırıq. Bir daha fürsətdən istifadə edərək bu yaxınlarda Azərbaycana qarşı edilmiş dron hücumları ilə bağlı Latviyanın bu məsələdə Azərbaycanla tam həmrəy olduğunu ifadə etmək istəyirəm.

Biz vəziyyətin normallaşması üçün atıla biləcək və atılmalı addımları müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Latviya bütün ölkələrlə işləməyə və onları dinləməyə hazırdır. Regional məsələlərə gəldikdə, Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir.

Cənab Prezident, Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm.

İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə mübadilələr həmişə hər iki ölkə üçün faydalıdır. Belə mübadilələr, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır.

Mən ilk dəfə Bakıda, Azərbaycanda 2002-ci ildə olmuşam. Sonra isə dəfələrlə gəlmişəm. Düşünürəm ki, bu mənim altıncı və ya yeddinci səfərimdir. Sayını itirmişəm. Mən sadəcə hər zaman ölkənizin, xüsusilə də paytaxtınızın necə inkişaf etdiyini gördükdə heyran oluram. Çünki nazirlər və prezidentlər adətən paytaxtdan kənarda çox şeyi görmürlər. Biz Sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik.

İcazə verin nitqimin sonunda, cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırım. Mən bu gün və bu rəsmi səfərdən əlavə bir çox görüşlərdə bizim sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm.

Çox sağ olun, cənab Prezident.

***

12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Previous Post

Azərbaycandan Ukraynaya çay ixracı kəskin artıb

Next Post

SAXAL Suriyaya keçən 40 israillini geri qaytardı

Bənzər yazılar

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə...

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Next Post
SAXAL Suriyaya keçən 40 israillini geri qaytardı

SAXAL Suriyaya keçən 40 israillini geri qaytardı

Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb

Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.