İsrail Müdafiə Qüvvələri (SAXAL) 40 nəfərlik İsrail vətəndaşının Suriya ərazisinə keçmək cəhdinin qarşısını alıb və onları yəhudi dövlətinə geri qaytarıb.
Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu yaxınlarda 40-a yaxın israilli mülki şəxs İsrail-Suriya sərhədinə toplaşıb. Bir neçə dəqiqə sonra onlar sərhədi keçərək Suriyanın daxilinə doğru bir neçə yüz metr irəliləyiblər. Hadisə yerində olan SAXAL əsgərləri mülki şəxsləri İsrail ərazisinə qaytarıb və onları saxlayıblar. Saxlanılan vətəndaşlar İsrail polisinə təhvil verilib”, — deyə bəyanatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, SAXAL bu hadisəni “qətiyyətlə pisləyir”, çünki bu, “mülki şəxslərin və SAXAL hərbçilərinin həyatını təhlükəyə atan cinayət əməlidir”.
Məryəm




















