Ukrayna və Yaxın Şərqdəki hadisələr İkinci Dünya Müharibəsindən bəri beynəlxalq hüququn ən böyük parçalanmasıdır.
Elchi.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas BMT-də çıxışı zamanı bildirib.
“Beynəlxalq hüququn dağılması bu gün iki əsas qlobal böhranda aydın görünür: Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və Yaxın Şərqdəki müharibə. Avropa və Yaxın Şərqdəki böhranlar birlikdə BMT Nizamnaməsi də daxil olmaqla, köhnə qaydalardan imtinanın ən bariz əlamətidir”, — deyə Kallas bəyan edib.
Onun sözlərinə görə, hazırda “məcburi güc siyasətinə” doğru keçid müşahidə olunur. O iddia edir ki, BMT Nizamnaməsi ilə məhdudlaşdırılmayan çoxqütblülük heç vaxt dinc və sabit olmayıb və sonda “dağıntılarla” nəticələnir.
Kallas hesab edir ki, bu gün “təsir dairələri yaratmağa çalışan bir ovuc hərbi gücün üstünlük təşkil etdiyi” yeni bir dünya formalaşır.
Məryəm





















